Məhkəmə qərarları › İş №3(032)-713/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-713/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-713/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh almasına baxmayaraq təkrarən il ərzində, yəni xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə «Mercedes Benz 406» yük markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri Z.Hacıyev küçəsində idarə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «Mercedes Benz 406» yük markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2019-cu il tarixdə Mercedes Benz 406» yük markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri Z.Hacıyev küçəsində sərxoş vəziyyətdə idarə edən zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda əməlindən peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli 07689 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.117 % müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş X3 vərəqindən görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş AD seriyalı 070975 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Mercedes Benz 406» yük markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İnzibati xəta haqqında protokola əlavə edilmiş ƏN-İV seriyalı 431375 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «Mercedes Benz 406» yük markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin mülkiyyətçisi X2 tərəfindən Şəxs 9 ay 10 gün müddətinə verilib və xx.xx.2024-cü il tarixədək qüvvədədir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasının həddləri daxilində nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 2(iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 may 2023-cü il tarixdən, saat 15:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar