Məhkəmə qərarları › İş №3(032)-715/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-715/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-715/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cı il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 30 may 2023-cü il tarixdə X2 məxsus 300 manat dəyərində "Samsung A12" markalı telefonu gizli olaraq talamışdır. İnzibati xəta hadisəsinin olması 30 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatları, sübutların qiymətləndirilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri təsdiq edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Eldəniz Şahbazovun evində olan vaxt ona məxsus mobil telefonu oğurlayaraq tanımadığı şəxsə satmışdır. Hazırda əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs onun bacısı Cəmalənin qaynıdır. o, hazırda Cəmalənin yanında yaşayır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində həmin evə gəlmiş və orada yatmışdır. Bu vaxt Elxan da, həmin evə qonaq gəlmişdir. O, yatan zaman Elxan otaqda imiş. Yatan zaman özünə məxsus “Samsung Galaxy A12” markalı mobil telefon yat dığı yerin yanında yerdə olmuşdur. Həmin vaxtı evdə o və Elxan olmuşlar. Yuxudan oyanan zaman o, mobil telefonunun oğurlanmasını görmüşdür. Bundan sonra DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin mobil telefonu Elxan oğurlamışdır. Oğurlanan bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun qiyməti 300 manat təşkil edir. Oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 29 may 2023-cü il tarixdə, saat 19.15-də inzibatı qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarların surətindən görünür ki, Şəxs digər şəxslərin də mobil telefonunu gizli olaraq talamışdır. Əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta üzrə icraat açılmasından ötrü qərarın surəti Şirvan şəhər Polis şöbəsinə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın mülkiyyət əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 29 may 2023-cü il tarixdən, 19:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar