Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-716/2023 31.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Sabirabad rayonu, Polatdoğay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İsayev X8 şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə onun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli xx.xx.2011-ci ildən hesablanmaqla ondan hər ay iki uşaq üçün 76 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. İşlədiyi təqdirdə aliment borcundan hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli xx.xx.2011-ci ildən hesablanmaqla ondan hər ay iki uşaq üçün 76 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini tələbkara ödəməyərək icra sənədini tam icra etməmişdir. Bununla da borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Borclunun yaşayış yeri məlum olmadığı üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək Şirvan şəhər Polis Şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə gətirilərək İcra və probasiya Şöbəsinə təhvil verilmişdir. Hazırki vaxta Şəxs 5068 manat aliment borcu vardır. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 3(032)-737/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-970/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs oğlundan xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iki uşaq üçün 76 manat olmaqla aliment alınaraq iddiaçı X4 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 970/2011 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-737/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə həbs tətbiq edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs oğlunun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 31 may 2023-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-716/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-716/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver