Məhkəmə qərarları › İş №3(032)-718/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-718/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-718/2024 06.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1990-cı ildə Əli-Bayraml (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şirvan şəhəri Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı və həmin tarixli İXP ******* saylı hazırkı protokollar tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli, EQ 18780882 saylı protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ/19544548 saylı protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə (180 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ/19878364 saylı protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə (180 manat dəbbə pulu) edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı və həmin tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İşə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan: Asan Pay ödəniş sistemindən çıxarışdan görünür ki, EQ 18780882 saylı protokol üzrə ödəniş edilmişdir. Asan Pay ödəniş sistemindən çıxarışdan görünür ki, EQ/19544548 saylı və EQ/19878364 saylı protokollar ödənilməməklə Şəxs adına deyil, X1 adına qeydə alınmışdır. Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ/19544548 saylı və xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ/19878364 saylı elektron qərarlara xx.xx.2024-cü il tarixdə AR DİN BDYPİ-də xitam verilərək X1 adına tərtib olunmuşdur. Göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ/19544548 saylı və xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ/19878364 saylı elektron qərarlara xx.xx.2024-cü il tarixdə xitam verilsə də, həmin qərarlar əsasında İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş İXP ******* və İXP ******* saylı protokollar tədbir görülməsi üçün AR DİN Şirvan Şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmişdir. AR DİN-nin internet səhifəsindən (insure.az) əldə olunmuş çıxarışa əsasən Şəxs adına yalnız bir, yəni EQ 23180838 saylı xx.xx.2024-cü il tarixli qərar əsasında yazılmış cərimə mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmasına baxmayaraq qərar qəbul edilənədək inzibati xəta törətmiş şəxs cərimə və dəbbə pulunu ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-109-cu,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar