Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-72/2025 23.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1272/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(032)-603/2023 saylı icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, 1-ci icra sənədinə əsasən borclu Şəxs har ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. 2-ci icra sənədinə əsasən borclu Şəxs Faxrəddin oğlundan 492 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X9 verilməlidir. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs Faxrəddin oğlu icra sənədləri üzrə tələbi təmin etməmişdir. Şəxs Faxrəddin oğlu barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədləri üzrə olan borclarını ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 1-ci icra sənədi üzrə Şəxs 2066 manat aliment borcu, 2-ci icra sənədi üzrə Şəxs bildirdiyinə görə təxminən 170 manat ödəniş etmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə ondan xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 422 manat əsas, 40 manat cərimə borcu, cəmi 462 manat məbləğində pul, həmçinin dövlət rüumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq tələbkar X8 ödənilməsi qət edilmişdir. Borcu olduğunu etiraf edir. 1-ci icra sənədi üzrə olan 2066 manat məbləğində borcunu maddi imkanı olmadığından ödəyə bilməmiş, lakin 2-ci icra sənədi üzrə 170 manat məbləğində ödəniş etmişdir. Heç bir yerdə işləmir, hazırda icra sənədləri üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə iclasında tələbkar X5 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə toplanmış olan borcun ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 422 manat əsas, 40 manat cərimə borcu, cəmi 462 manat məbləğində pul, həmçinin dövlət rüumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq tələbkar X8 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqələri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 yanvar 2025-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-72/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-72/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver