Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-720/2025 24.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, natamam ali təhsilli, Sabirabad rayonu Qasımbəyli kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli İXP № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2025-ci il tarixdə saat 11.15 radələrində «Opel Astra minik» markalı ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhəri H.Əliyev prospektində idarə edərkən « Mercedes Benz 190 » minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «Opel Astra minik» markalı ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 məxsusdur. Həmin nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibamamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə 11:00 radələrində idarə etdiyi «Opel Astra minik» markalı ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabil rayonu istiqamətindən Şirvan şəhər iştiqamətinə gəldiyi zaman Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən avtomagistrala çatan zaman avtomobilin təkərinin havasını yoxlanma məntəqəsinə dönmək istədikdə **-BH-*** dövlət qevdiyyat nişanlı “Mercedes Benz 190” markalı nəqliyyat vasitəsi sürəti təxminən 900-100 sürrətlə hərəkət edirdi, həmin nəqliyyat vasitəsini görən kimi sürətini minimuma salmaq imkanı olmadığından əyləci basıb saxlamışdır. Lakin aftomabil sürüşməyə başlamış, nəticədə maşının arxa hissəsindən vurmuşdur. Hazırda əməlindən peşman olduğunu, taksi sürücüsü kimi işlədiyini və qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X3 məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2025-ci il tarixli 324 №-li rəyinin surətindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər – sol təpə nahiyyəsində əzilmiş-cırılmış yara - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09 iyun 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi “Opel Astra” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işığını yandırıb əməliyyat edən zaman arxadan gələn Şəxs idarə etdiyi «Opel Astra minik» minik markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes-Benz 190” markalı avtomobildə olan sürücü və ön oturacaqda olan sərnişin xəsarət almışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində inzibati cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-720/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-720/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver