Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-721/2023 02.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə xx.xx.1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani, Azadlıq Baxçalı yaşayış kompleksində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında ucadan səs-küy salaraq ictimai qaydanı pozan xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta hadisənin olması 02 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, müdiri ona zəng edərək, bacısının və onun qaynanasının ondan şikayət etdiyini bildirmişdir. O bacısına və ərinə zəng edərək hansı səbəbdən belə hərəkət etdiklərini soruşmaq istəsə də, onlar telefona cavab verməmişlər, əksinə atasının nömrəsindən ona və arvadına əxlaqsız və nəlayiq söyüşlər yazmışlar. Bütün bunlardan əsəbləşib atasının evinə gəlmiş, qapını döyərək açmasını və anasının, atasının ona cavab verməsini tələb etmişdir. Məhkəmə iclasında sədrlik edənin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qohumlarının ünvanına nəlayiq söyüşlər söyərək məhkəmə iclasında qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Şəxs qardaşıdır. Əvvəllər Talehlə münasibətləri yaxşı olmuş, lakin Taleh ikinci dəfə evləndikdən sonra onunla və ailə üzvləri ilə münasibətləri pisləşmişdir. Aralarında mülk mübahisəsi yaranmışdır. xx.xx.2023-cü il tarixdə Taleh atası ilə münaqişə etməyə başlamış, münaqişənin səbəbi isə sosial şəbəkədə bir-birlərini təhqir etmək olmuşdur. Atası axşam ona zəng edərək Talehin evə hücum çəkdiyini, ucadan səs-küy saldığını demişdir. O da atasına 102 xidmətinə zəng etməsini bildirmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, oğlu Talehlə əvvəllər münasibətləri yaxşı olmuş, lakin Taleh ikinci dəfə evləndikdən sonra onunla və ailə üzvləri ilə münasibətləri pisləşmişdir. Aralarında tez-tez mübahisələr yaşanmış, Taleh onu və öz anasını yəni onun arvadını əxlaqsız sözlərlə təhqir edərək danlamış, əl qaldırmışdır. xx.xx.2023-cü il tarixdə Taleh ona dəfələrlə zəng etmiş, telefonu açmamışdır, bir qədər sonra Taleh evinə gələrək, qapını sındırmağa başlamış, onu və arvadını nəlayiq sözlərlə təhqir etmişdir. Əgər həmin anda qapını açsaydı yəqinki, Taleh onu öldürərdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 02 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 01 iyun 2023-cü il tarixdə X2 ünvanına gedərək ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin məsul növbətçisi polis mayoru Vüqar Qurbanov tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2023-cü il tarixdə saat 18:18 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda ünvan 1 ünvanında yaşayan X4 ***-***-**-** saylı nömrədən zəng edərək, oğlunun dava edib qapısını qırmaq istəməsi barədə məlumat verdi. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21 -ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini, onun məhkəmə iclasında davranışını nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 iyun 2023cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-721/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-721/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver