Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-728/2025 14.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan regional X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından X1 verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri sənədləri nəzərdən keçirərək, müəyyən etdim: X3 xx.xx.2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan regional X5 İdarəsinin İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı qərarın ləğv edilərək hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokol isə inzibati tənbeh vermə haqqında qərarı əvəz etmədiyindən inzibati xətalar qanunvericiliyində ondan şikayət vermək qaydası nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərindən göründüyü kimi inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini ötürmüş şəxslər tərəfindən müddətin bərpası ilə müraciət etmək hüququna malikdirlər. X6 Məcəlləsinin 130.2-ci maddəsinin tələblərindən göründüyü kimi müddətin bərpası ilə bağlı şəxsin vermiş olduğu vəsatətə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni inizbati qərarı qəbul etmiş olan orqanın və ya məhkəmənin qərarından verilmiş şikayət üzrə müddətin bərpası məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hazırki halda barəsində tətbiq edilmiş olan inzibati xəta ilə bağlı qərardan narazı qalan tərəf müddətin bərpası ilə bağlı olaraq inzibati qərarı qəbul etmiş orqana müraciət etməlidir. İnzibati iş materiallarından göründüyü kimi qərardan inzibati məsuliyyətə cəlb edilmiş şəxs X3 şikayətində qərardan 2025-ci ilin iyul ayında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən məktub aldıqdan sonra məlumatı olduğunu qeyd etmişdir. Belə ki, X3 xx.xx.2023-cü il tarixdə X3 cavabdeh Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan regional X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 İdarəsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokolunun, İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı qərarının, icra sənədinin məcburi icraya yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilərək, iddiaçıya inzibati xəta haqqında barəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərarından – inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bu hal onu qeyd edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmuşdur. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan inzibati məsuliyyətə cəlb edilmiş şəxs X1 şikayəti qanunla müəyyən olunmuş prosessual müddəti buraxmaqla xx.xx.2025-ci il tarixdə verildiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı tərtib etmiş orqana müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 bərəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan regional X5 İdarəsi tərəfindən tərtib edilmiş 27 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. X2 bərəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan regional X5 İdarəsi tərəfindən tərtib edilmiş 27 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardaddan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-728/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-728/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver