Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-731/2025 24.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl rayonu, Horovlu Ərazi Dairəsi, Horovlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 hər ay bir uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X14 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 nömrəli icra sənədinə əsasən borclu Şəxs üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X10 verilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, borc məbləğini ödəməyərək icra sənədini icra etməkdən yayınmışdır. Borclu Şəxs hazıki vaxta qədər 1820 manat aliment borcu var. Qeyd edilənlərə əsasən, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X10 verilməlidir. Hazırda aliment borcundan 100 manat ödəniş etmiş, maddi vəziyyətli ilə əlaqədar olaraq aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tələbkar X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə aliment borcun tam olaraq ödənilməsini, əks təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Şəxs ünvanlanmış 26 may 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcluya borcun ödənilməsinin təmin olunması, əks təqdirdə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(032)-1325/2024 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 iyul 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-731/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-731/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver