Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-735/2025 17.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "X4 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı filialında sex rəisinin müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhəri Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, İsmayıllı rayonunda toy məclisində olarkən sərxoş olduğundan tanımadığı şəxsdən siqaret almış, çəkdikdən sonra onun narkotik vasitə olan marixuana olduğunu bilmişdir. Yaşadığı evə gəldikdən bir gün sonra polis əməkdaşları onu şöbəyə aparmış, şöbədə onun narkotik vasitənin qəbulunda polis əməkdaşlarında şübhə yarandığından ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilməsi üçün test vermək məqsədi ilə müalicə müəssisəsinə aparmışdırlar. Həmin müəssisədə müayinədən keçdikdən sonra narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Narkotik vasitə istifadə etdiyini etiraf edir, lakin onun aludəçisi deyildir. Əməlindən peşmandır. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Şirvan şəhəri Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında 17 iyul 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhəri Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Ziya Əhmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, 23 may 2025-ci il tarixdə icraatına Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X6 şəhəri G.Şıxbala oğlu küçəsi ev 191A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Şirvan ŞPŞ-nə gətirilməsinə dair raportu daxil olmuş və tərəfimdən araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsi aşkar edilmişdir. Odur ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyatı üzrə Şirvan ŞPŞ-nin İTBnə göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 3119 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Həmçinin müayinə nəticəsində Şəxs kannabinoidlərdən istifdə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Bağırov X3 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən göründüyü kimi Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 17 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İnzibati həbsdə saxlamanın əvvəli 17 iyul 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-735/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-735/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver