Məhkəmə qərarları › İş №3(032)-736/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-736/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-736/2025 17.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə , xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də laborant, fiziki-mexaniki sınaqlar üzrə vəzifəsində işləyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 anası Zərərçəkmiş şəxs yanında saxlanılması müəyyən edilməsi və tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 atası Şəxs alınıb anası Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 17 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 17 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin , protokolu tərtib etmiş şəxsin, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədindən icrasından qərəzli yayınmır. Belə ki, övladı xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 özü onunla “Tik-tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, may ayında Qəbələ rayonuna aparmaq üçün anasından icazə almış, ordan qayıdanda anasının yanına getmək istəmədiyini bildirmişdir. O, həmçinin uşağın onun himayəsində olduğunu və anası ilə yaşamaq istəmədiyini, onun tərəfindən uşağa psixoloji təsir göstərilmədiyini bildirdi. Hazırda uşağı anasının himayəsinə vermək istəmir, anası ilə ünsiyyət üçün şərait yaradacaqdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmin icra vərəqəsinə əsasən müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X7 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmaları müəyyən edilməsi, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 atası Şəxs alınıb anası Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya xx.xx.2025-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 anasının yanına getmək istəmədiyindən Şirvan şəhəri üzrə İcra və X12 şəhər Mərkəzi Xəstəxanasının psixoloqu X9 dəvət olunmuş, icra prosesi zamanı uşaqla psixloloq tərəfindən profilaktik söhbət aparılmış və belə qənaətə gəlmişdir ki, uşaq müəyyən psixoloii təsirlərə və emosional manipulyasiyalara məruz qalır, eləcə də qorxu və təşviş yaratmaq məqsədilə manipulyativ davranışlara yol verilir. Buna baxmayaraq, psixoloq hesab etmişdir ki, uşağın anası ilə qalmağında hər hansı bir maneə yoxdur. Lakin borclu Şəxs xx.xx.2025-ci tarixdə yazılı şəkildə verdiyi izahatından fərqli olaraq icra sənədinin təmin olunmasına mane olmuşdur ki, icra sənədi üzrə tələbi icra etmək tərəfimizdən mümkün olmamışdır. Beləliklə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra övladı xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 bir müddət onun yanında qalmışdır. 2025-ci ilin may ayında övladı iki günlük atasının yanına getmişdir. Lakin atası uşağını apardıqdan sonra övladını geri qaytarmamış, özünün istifadə etdiyi mobil nömrəsini dəyişmiş, sosial şəbəkələrdən də onu blok etmişdir. Həmin vaxtdan bu vaxta qədər övladını görməmişdir. Şəxs övladına psixoloji təsir edərək onun yanına gəlməsinə imkan vermir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixli yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasından yayınmır. Belə ki, övladı özü anasının yanında qalmaq istəmir, uşaq anası ilə getmək istədiyi zaman mane olmayacaqdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, iş üzrə borclu Şəxs, hal şahidi ünvan 2 ünvanında qeydiyyatda olan X3, digər şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevin, Şirvan şəhər İcra Hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyanın üzvü X1, Şirvan şəhər Mərkəzi Xəstəxanasının psixoloqu X4 iştirakı tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinın icraatında olan Şirvan Şəhər Məhkəməsinin e-16(032)-234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə tərəflərin birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X7 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmaları müəyyən edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 atası Şəxs alınıb anası Zərərçəkmiş şəxs verilməldir. Qərarın icrası ilə bağlı icra prosesi xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Uşağın atası Şəxs alınıb anası Zərərçəkmiş şəxs verilməsinin təmin olunması üçün şöbənin inzibati binasında icra prosesi təyin edilmiş və tərəflərə hüquq və vəzifələri izah olunmuşdur. İcra sənədinin təmin edilməsi məqsədilə Şirvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi, eləcə də Şirvan şəhər Mərkəzi Xəstəxanasının psixoloqu dəvət olunmuşdur. İcra prosesi zamanı uşaqla psixloloq tərəfindən profilaktik söhbət aparılmış və belə qənaətə gəlmişdir ki, uşaq müəyyən psixoloii təsirlərə və emosional manipulyasiyalara məruz qalır, eləcə də qorxu və təşviş yaratmaq məqsədilə manipulyativ davranışlara yol verilir. Buna baxmayaraq, psixoloq hesab etmişdir ki uşağın anası ilə qalmağında hər hansı bir maneə yoxdur. Lakin borclu Şəxs xx.xx.2025-ci il tarixdə yazılı şəkildə verdiyi izahatından fərqli olaraq icra sənədinin təmin olunmasına mane olmuşdur. Odur ki icra sənədi üzrə tələbi icra etmək mümkün olamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İXM-nın 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nın 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nın 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində iş üzrə məsuliyyəti yüngülləşdirən və halların olmaması nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs İXM-nın 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixli akta əsasən övladı X8 müəyyən psixoloji təsirlər və emosional manipulyasiyalar göstərməklə, həmçinin məhkəmə iclasında da verdiyi izahatında övladını anasının himayəsinə vermək istəmədiyini, lakin ünsiyyət üçün şərait yaradacağını bildirməklə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyi sübuta yetirilmişdir. Məhkəmə Şəxs icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nın 40, 43, 48-51, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də laborant, fiziki-mexaniki sınaqlar üzrə vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar