Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-737/2025 17.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, Naxçıvan küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, bacısı oğlu X8 barəsində Masallı rayon Məhkəməsinin çıxarmış olduğu hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Sözügedən cinayət işi üzrə məhkəmə iclasında o da, iştirak etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış olan hökmdən narazı qaldığı üçün əsəbləşmiş və özündən asılı olmayaraq hökm çıxarmış məhkəmə tərkibinə öz iradını bildirmişdir. İradını bildirərkən hər hansı bir nalayiq ifadə işlətmişdirsə də, bu ondan asılı olmamışdır, çünki həmin anda əsəbi yerində olmamışdır. Sonradan o, məhkəmə iclas zalından çıxmış və Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasının qarşısında ucadan səs-küy salaraq məhkəmə sədrinin onu qəbul etməsini tələb etmişdir. İnzibati binanın qarşısında işlətmiş olduğu ifadələrlə bağlı hər hansı bir fikir bildirə bilmir, çünki əsəbi olmuşdur nə dedikləri yadında deyil. Qeyd olunanları nəzərə alaraq barəsində məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan Apellyasiya Məhkəməsinin iclas katibi X9 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Elçin Xasməmmədovun icraatında olan CM-nin 221.3-cü maddəsi ilə istintaq edilmiş iş üzrə verilmiş apellyasiya şikayətinə baxıb yekun qərar elan edilən zaman məhkəmədə iştirak edən adını sonradan bildiyi Şəxs icazəsiz ayağa qalxaraq hakimin qərarına etiraz edib uca-səslə məhkəmə kollegiyasının ünvanına nəlayiq ifadələr işlətməyə başladı. Həmin vaxtı orada xidmət edən polis nəfələrini çağırmış və polislər Şəxs çölə çıxardıqdan sonra Şəxs qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, orada olan digər şəxslərin gözü qarşısında Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının sədri Elçin Xasməmmədovun, digər hakimlərin və məhkəmənin sədri Vəli Abdullayevin ünvanına nəlayiq ifadələr işlədərək onların iş fəaliyyətini pozaraq əlində olan mobil telefonla onları və məhkəmə inzibati binasını çəkərək xuliqanlıq etməyə başlamışdır. Bu hadisə ilə bağlı müvafiq akt tərtib edilərək PŞ-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan RMŞ-nin polis nəfəri X1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə hakim Elçin Xasməmmədovun icraatında olan cinayət işi üzrə keçirilən prosesdən çıxan adını sonradan bildiyi Şəxs Şirvan Apellyasiya məhkəməsində keçirilən iclasdan çölə çıxıb uca səslə ozünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, orada olan digər şəxslərin gözü qarşısında Şivan Apellyasiya Məhkəməsinin cinayət kollgiyasının sədri Elçin Xasməmmədovun, digər hakimlərin və məhkəmə sədri Vəli Abdullayevin ünvanına nalayiq ifadələr işlədib onların iş fəaliyyətlərini pozaraq xuliqanlıq etməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət edərək, özlərinə məxsus otaqlarına getməsini bildirmiş, şəxs onun tələblərinə tabe olmamışdır. Daha sonra Şirvan şəhər PŞ-nin PPXB-nin əməkdaşları gələrək onu polis şöbəsinin növbətçi hissəsində aparmışdırla və hadisə ilə bağlı tərəflərindən akt tərtib edilərək polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnin polis nəfəri X7 məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 18:35 radələrində şəhərin Naxçıvan küçəsində xidmətdə olduqları zaman 1 nəfər şəxsin ucadan səs küy salaraq ictimai asayişi pozmasının şahidi olmuşlar və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu nizam intizama dəvət etmiş, lakin o öz əməllərinə davam etdirmişdir. Tərəflərindən həmin şəxs polis şöbəsinə gətirilib NH-yə təhvil verilmişdir. NH-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:05-də inzibati qaydada tutulmuş, 10 aprel 2025-ci il tarixdə 12:50-də azad edilmişdir. İş materiallarında olan 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs Elçin Xasməmmədovun iş üzrə verilmiş apellyasiya şikayətinə baxıb yekun qərar elan edildikdən sonra icazəsiz ayağa qalxaraq hakimin qərarına etiraz edib uca-səslə məhkəmə kollegiyasının ünvanına nəlayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şükürov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şükürov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 16 iyul 2025-ci il tarixdən saat 18:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 iyul 2025-ci il tarixdən, saat 18:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-737/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-737/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver