Məhkəmə qərarları › İş №3(032)-739/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-739/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-739/2023 16.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhər prokurorunun köməkçisi X1, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 08 aprel 2023-cü il tarixdə, saat 00:38 radələrində Şirvan şəhər polis şöbəsindən şəhər prokurorluğuna X16 və X2 “X10 Ltd” şirkətinə məxsus 2137 nömrəli quyuda işlədikləri zaman baş vermiş bədbəxt hadisə nəticəsində almış olduqları xəsarətlərlə “Şirvan Şəhər Mərkəzi Xəstəxana”sı PHŞ-nə müraciət etmələri barədə daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı 08 aprel 2023-cü il və 14 aprel 2023-cü il tarixlərində hadisə yerinə baxış keçirilmiş, X3, X7, Şəxs, X11, X5, X4, X16 və X2 izahatları alınmış, Ş.Ə.Şükürov və İ.A.Mahmudov barələrində məhkəmə-tibbi ekspertizası, məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilərək müvafiq rəylər alınmış, sorğular verilmiş və digər zəruri hərəkətlər icra edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni “X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Şəxs tərəfindən 114 №li “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının və “Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın Vəzifə Təlimatı”nın 11-ci abzasının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuş, “X10 Ltd” şirkətinin Şirvan şəhəri 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 №-li neft quyusunda “Kraz” markalı H 025 753 dövlət qeydiyyat nişanlı yük avtomobilində quraşdırılmış “UPA- 60/80PX-01” tipli qaldırıcı-endirici aqreqatın sökülməsi zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini və işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarəti təmin etmədiyinə görə, vəzifə təlimatının 11-ci abzasının və “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının tələbləri pozulmuşdur. Aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Şirvan şəhər prokurorunun köməkçisi X6 məhkəmə iclasında qərarı müdafiə edərək, X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2009-cu ildən “X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında Quyuların Əsaslı və Yeraltı Təmiri sexində böyük-usta köməkçisi işləmişdir. Onun iş rejimi 2 gün gündüz iki gün gecə olmaqla, səhər saat 7:00-dan axşam saat 19:00-dək davam etmişdir. Gündüz növbəsində hər briqadanın ustası olmuş, gecə növbəsində isə o, təkbaşına 5 briqadaya nəzarət etmişdir. Vəzifə funksiyasına quyuların əsaslı və yeraltı təmiri planlarının tərtib olunmasında iştirak etmək, quyularm təmirinə, alətlərin istismarına, avadanlıq və xüsusi texnikanın tam yüklənməsi və səmərəli istifadə olunmasına nəzarət etmək, təmirin keyfiyyətinin, texnologiyanın pozulma səbəblərinin aradan qaldırılmasına operativ təsir göstərmək, quyuya endirmək üçün təyin edilmiş texnoloji və elektrik avadanlıqlarının, alətlərin, texnikanın saz vəziyyətdə olmasına nəzarət etmək, sıradan çıxmış alət və avadanlıqların hesabdan silinməsi, təzəsinin alınması üçün sənədləri rəsmiləşdirmək, qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması məqsədilə verilmiş texnologiyaya riayət olunmasına nəzarəti həyata keçirmək, mürəkkəb və təhlükəli işlərin aparılmasında, qəzaların və çətinliklərin aradan qaldırılmasında bilavasitə iştirak etmiş, işlərə rəhbərlik etmək, qoruyucu kəmərlərdəki əzilmələrin, sızmaların aradan qaldırılması, ikinci lülənin açılması, ikinci lülə ilə qazma işlərinin yerinə yetirilməsi işlərində bilavasitə iştirak etmək, quyuların qum tıxacının yuyulmasını, avadanlıqla təchiz ediməsini, nasosun dəyişdirilməsini, nasos-kompressor borularında sızmaların ləğvini, nasos ştanqların açılması və qırılmaların aradan qaldırılmasını təmin etmək, ustaları iş növbələri üzrə yerləşdirir və onların müntəzəm işini təmin etmək, ustalar və fəhlələr tərəfindən əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək nizamintizam qaydalarına riayət olunmasına nəzarət etmək, iş növbəsini qəbul etmiş və təhvil vermək aid olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, 27 mart 2023-cü il tarixdən “X10 Ltd” şirkətinin 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 nömrəli neft quyusunda təmir işləri getmişdir. 07 aprel 2023-cü il tarixdə işə başlamadan öncə nəzarətində olan briqadalardakı işçilərə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər xüsusatlar üzrə təlimat keçmişdir. Təlimatdan sonra işçilər gündəlik təlimat jurnalına imza da çəkmişdir. O, QƏYTS-nin böyük ustası olduğu üçün hər növbəyə girmədən öncə həmin sexin rəisi Pərviz Aslanov, əvvəlki növbədə işləyən usta ilə görüləcək işləri müzakirə etmişdir. Ona həmin gün görməli olduğu işlər sadalanmışdır. Lakin bu proses şifahi qaydada icra olunmuşdur. Yazılı hər hansı bir sənəd təqdim edilmməmişdir. Həmin gün 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 nömrəli neft quyunun təmiri ilə bağlı qaladırıcının tal kanatında qüsurlar olduğundan qaldırıcı dəyişməli olmuşdur. Tal kanatının yarasız olması barədə quyunun təmirində işləyən gündüz növbəsinin buna dair aktı da olmuşdur. Onlar da bu səbəblə həmin qaldırıcını dəyişməli olmuşdurlar. Həmin quyuda gecə növbəsində qazmaçı İlyas Mahmudov, qaldırıcı-maşınist Şamil Şükürov və qazmaçı köməkçisi İlqar Eyvazov işləmişdir. O, həmin briqadaya görülməli işlər barədə təlimat verdikdən sonra təxminən 19:30 radələrində oradan ayrılaraq 2067 saylı quyuya getmişdir. Saat 20:40 radələrində Şamil ona zəng edərək qüllənin ikinci hissəsini aşağı endirməyin mümkün olmadığını, istiqamətləndiricinin (rolikin) kanatının buna mane olduğunu söyləmişdir. O da, ona qüllənin ikinci hissəsinin qaldırılaraq yuxarıda yerinə otuzdurulmasını, daha sonra istiqamətləndiricinin (rolikin) açılmasını bildirmişdir. Daha sonra sağollaşmışdır. Saat 21:00-da Şamil yenidən ona zəng edərək başının əzildiyini bildirmişdir. O da, dərhal şirkətin tibb məntəqəsinə xəbər vermiş, hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gəldiyi zaman Şamilin başından və İlyasın isə əl və ayağından xəsarət aldığını görmüşdür. Tibbi heyəti gəldikdən sonra onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmişdirlər. Baş vermiş hadisə barədə o, QƏYTS-nin rəisi Pərviz Aslanova məlumat vermişdir. Daha sonra qazmaçı köməkçisi İlqar Eyvazov ona hadisənin necə baş verməsi barədə məlumat vermişdir. Onun dediyinə görə hadisə Qaldırcı qülləni aşağı endirmək istədikləri zaman qüllənin aşağı enməsinin mümkün olmadığını görmüş, İlyas Mahmudov qaldırıcı qülləyə çıxmış, İlyas qülləyə çıxmadan öncə Şamil də qaldırıcının tormozunun əli ilə sıxıb saxlamış, İlyas qüllənin içərisinə çıxdıqdan sonra Şamilə qüllənin ikinci hissəsini bir az yuxarı qaldırmasını bildirmiş, bu zaman “Ural” markalı yükgötürən “AROK” da təmir işləri aparılan quyunun ərazisinə gəlmiş, “AROK”un gəlməsinin səbəbi qaldırıcının ayaqaltılarının dəyişdirilməsi ilə əlaqədar olmuş, “AROK”un sürücüsü Afər Şamilin tapşırığına əsasən yükgötürənin qolu ilə istiqamətləndiricinin qülləyə bağlanan sırğasını açmaq üçün istiqamətləndiricinin (rolik) altından dəstək vermiş, İlyas da həmin sırğanı açdığı zaman istiqamətləndiricinin aşağı düşməsi nəticəsində istiqamətləndiricinin üzərində olan kanatın bir hissəsi Şamilin başına dəymiş, Şamil də aldığı zərbə ilə əlaqədar əli ilə saxladığı tormozu buraxmış, tormozun buraxılması nəticəsində qüllənin ikinci hissəsi aşağı enmiş, bu zaman İlyas da xəsarət almışdır. Lakin o, hadisənin birbaşa şahidi olmamışdır. X16 və X8 hadisə olan zaman işə onun tərəfindən cəlb edilmişdir. 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 nömrəli neft quyusunda baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarına o, cavabdehlik daşımışdır. Lakin gecə növbəsində 5 briqadaya təkbaşına nəzarət etdiyindən hamısına eyni vaxtda nəzarət edə bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin xx.xx.2023-cü il tarixli, 177 nömrəli rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü X9 bədən səthində aşkar olunan xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ bazunun aşağı 1/3-nin dərialtı hematoması, səthi sıyrılmış yarası-küt əşya təsirindən törənmiş, müayinə olunanın dediyi tarix və şəraitdə (ağır metalın hündürlükdən üzərinə düşməsi nəticəsində) əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin xx.xx.2023-cü il tarixli, 210 nömrəli rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü X2 bədən səthində aşkar olunan xəsarətlər-sol əlin İİ-İİİ barmaqlarının distal falanqa səviyyəsindən amputasiyası, İV barmağın əzilmiş-cırılmış yarası, sol pəncənin daraq-falanqa oynaqlarından geniş həcmli sümük-yumşaq toxuma defekti ilə olan əzilmiş-cırılmış yarası, subambutasiyası-küt əşya təsirindən törənmiş, müayinə olunanın dediyi tarix və şəraitdə (ağır metalın hündürlükdən üzərinə düşməsi nəticəsində) əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən (33%) az olmaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərəzinin xx.xx.2023-cü il tarixli, 10/2502 nömrəli rəyində göstərilmişdir ki, Baş vermiş hadisə ilə əlaqədar, 114 №li “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının və “Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın Vəzifə Təlimatı”nın 11-ci abzasının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. “X10 Ltd” şirkətinin Şirvan şəhəri 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 №-li neft quyusunda “Kraz” markalı H 025 753 dövlət qeydiyyat nişanlı yük avtomobilində quraşdırılmış “UPA- 60/80PX-01” tipli qaldırıcı-endirici aqreqatın sökülməsi zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini və işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarəti təmin etmədiyinə görə, vəzifə təlimatının 11-ci abzasının və “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının tələbləri həmin işin görülməsinə göstəriş vermiş “X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırma nəticəsində müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni “X10 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən Şəxs tərəfindən 114 №li “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının və “Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük ustanın Vəzifə Təlimatı”nın 11-ci abzasının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuş, “X10 Ltd” şirkətinin Şirvan şəhəri 2 saylı NQÇ sexinin ərazisində yerləşən 2137 №-li neft quyusunda “Kraz” markalı H 025 753 dövlət qeydiyyat nişanlı yük avtomobilində quraşdırılmış “UPA-60/80PX-01” tipli qaldırıcı-endirici aqreqatın sökülməsi zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini və işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarəti təmin etmədiyinə görə, vəzifə təlimatının 11-ci abzasının və “Qaldırıcı qurğunun köçürülməsi, quraşdırılması (sökülməsi) üzrə Təlimat”ın 3.6 bəndinin 11-ci abzasının tələbləri pozulmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zəzərçəkmiş şəxslərin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar