Məhkəmə qərarları › İş №3(032)-739/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-739/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-739/2025 21.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakları ilə, xx.xx.1984-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 saylı icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, icra sənədinə əsasən borclu Şəxs har ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmçinin borclu Şəxs 4770 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi müvafiq qaydada icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədləri üzrə olan borclarını ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, günlük fəhlə işləyir. Aliment borcunu ödəmədiyi üçün 10 gün həbsdə olub.Hazırda icra sənədləri üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 il tarixli icra sənədi üzrə toplanmış olan borcun ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 İL tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2021-cİ il tarixdən başlayaraq xx.xx.2014-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cüil tarixli 8(032)-93/2023 saylı qərarı ilə X5 ölkədən getmə hüququ məhdudlaşdırılıb. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-191/2024 saylı qərarı ilə 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün həbs tətbiq olunmuşdur. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 il tarixli xx.xx.2021-ci il tarixli icra vərəqələri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs 2025-ci ilin fevral ayından cari ilin iyul ayının 17-dək ümumilikdə hissə-hissə olmaqla 160 manat məbləğində aliment ödənişi etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-141/2022 saylı icra sənədini, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraat materiallarını, icra məmurunun izahatını, borclunun izahatlarını, əvvəl tətbiq edilmiş inzibati tənbeh tədbirlərini, icraata başlama və bildiriş sənədlərini, ödəniş qəbzlərini və ümumi borcun icrasız qalmasını qiymətləndirərək belə qənaətə gəlir ki, İcra sənədində uşağın saxlanılması üçün hər ay 175 manat aliment və ümumilikdə 4770 manat borcun tutulması nəzərdə tutulmuşdur. Borclunun aliment ödənişlərini qeyri-müntəzəm, məbləği cüzi və tam icradan yayınmaqla yerinə yetirdiyi məlum olmuşdur. İcra sənədinin verilməsindən təxminən iki il yarım keçməsinə baxmayaraq, cari ilin fevral ayından etibarən 160 manat ödəniş etmişdir. Bu da ümumi öhdəliyin açıq şəkildə icrasından yayınma halıdır. Borclu barəsində daha əvvəl də inzibati həbs tənbehi tətbiq edilmiş, eyni zamanda Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ölkədən getmək hüququ da məhdudlaşdırılmışdır. Buna baxmayaraq, borclu yenidən eyni inzibati xətanı təkrar törətmiş, icra sənədinin tələblərinə üzrsüz səbəbdən əməl etməmişdir. Borclunun “gündəlik fəhlə işlədiyi” və “maddi imkansızlığı” ilə bağlı izahatları üzrlü səbəb kimi qiymətləndirilə bilməz, çünki o, uzun müddət ərzində öhdəlikləri icra etməyib, yalnız tənbeh tədbirindən sonra minimal ödənişlər etmişdir. Üzrlü səbəb sayılması üçün borclunun əmək qabiliyyətsizliyi və ya digər obyektiv hallarla bağlı sübut təqdim etməsi tələb olunur ki, bu da iş üzrə mövcud deyil. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü маддяляриня мцвафиг олараг инзибати щябс тятбиг едяркян хятанын характериni, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin иш цзря мясулиййяти йцнэцлляшдирян və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən нязяря алыnır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, məhkəmə qərarlarının nüfuzunun sarsıdılması və tələbkarın qanuni hüquqlarının uzun müddət pozulması, habelə təkrar inzibati hüquqpozma faktı nəzərə alınaraq, borclunun barəsində inzibati həbs tədbirinin seçilməsi zəruri və proporsional hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 21 iyul 2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar