Məhkəmə qərarları › İş №3(032)-74/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-74/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-74/2024 16.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ/18957520 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ/18957520 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/18957520 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 77FF489 dövlət qeydiyyat nömrəli "TOYOTA PRİUS (hibrid)" minik avtomobili ilə hərəkət edən zaman o yol nişanlarına, eləcədə dayanma və durma tələblərinə uyğun avtomobili idarə etmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsinin bağlanılmaması qeyd edilmişdir. Halbuki o, mütəmadi olaraq sığorta və digər ödənişləri vaxtlı-vaxtında edir. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs X1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ/18957520 nömrəli qərarın surətindən görünür ki, X1 idarə etdiyi Toyota Prius (Hibrid) minik markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 00:01-də Gənclik metro istiqaməti 1 ərazidə nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 300 manat məbləğində cərimə tətbiq edilmişdir . Şikayət vermiş şəxs X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə İXM-yə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsindən asılıdır. Bu səbəbdən də şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, X1 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ/18957520 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar