Məhkəmə qərarları › İş №3(032)-743/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-743/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-743/2024 06.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X2 (FİN 7ATKAJ9) xx.xx.2024-cü il tarixli, EQ/22907272 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ/22907272 nömrəli nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, o, anası X1 mülkiyyətində olan 2006-cı il buraxılışlı Kİa Rio Xetçbek minik markalı, **-GJ-*** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu ərazisində hərəkətdə olarkən barəsində EQ 22863234 və EQ 22907272 nömrəli elektron qərarlar qəbul edilmişdir. Elektron qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məlumat almışdır. Belə ki, qeyd edilən elektron qərarların araşdırılması barədə müraciət etdikdə barəsində elektron qərarların olması və ödənilməməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qərarlar əsasında hər biri 400 manat olmaqla cəmi 800 manat cərimə hesablanmışdır. Hesab edir ki, qeyd edilən elektron qərarlar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, barəsində tətbiq edilmiş sürücülük hüququnun məhdudlaşdırılması Şirvan şəhər Məhkəməsinin müvafiq qərarları ilə ləğv edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu ərazisində hərəkətdə olarkən barəsində EQ 22863234 və EQ 22907272 nömrəli elektron qərarlar qəbul edilmişdir. Elektron qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məlumat almışdır. Qeyd edilən elektron qərarlar qanunsuz və əsassız tərtib edilmişdir. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə məhkəmə bildirişi göndərilmiş , lakin Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən edilməlidir. İş materiallarında olan : xx.xx.2024-cü il tarixli, EQ/22907272 nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə saat 06:33:29-da xətanın yeri olan Nərimanov rayonu Füzuli küçəsi 5 mərtəbə istiqaməti 1-də ** GJ *** dövlət qeydiyyat nömrəli “Kia Rio” minik markalı avtomobili mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etmiş və Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X2 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İMX-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunvericilik tərəfindən 50 manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Belə olan halda məhkəmə , tətbiq edilən elektron sistem vasitəsi ilə qeydə alınmış, amma ona həmin orqan tərəfindən tətbiq edilən tənbeh həmin maddədə nəzərdə tutulan tənbeh olmamışdır. Ona görə məhkəmə, X2 tətbiq edilən tənbehi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin sanksiyasına uyğunlaşdırılması qənaətinə gəlir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir . Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22907272 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli manat) miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22907272 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli manat) miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar