Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-743/2025 23.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu Şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yol Nəqliyyatda Polis İdarəsinin İmişli st. X1 Şirvan st. X3 tərəfindən göndərilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan Şəhər Məhkəməsinə 23 iyul 2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarını və İnzibati xəta haqqında protokolu nəzərdən keçirtdikdə, toplanmış materialın düzgün tərtib edilməməsi və protokolda nöqsanların olması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmiş olsa da, protokolun hansı tarixdə tərtib olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa İnzibati xəta haqqında tərtib edilmiş protokolun və ona əlavə olunmuş materialların təhlili nəticəsində müəyyən edilmişdir ki, protokolda göstərilən hüquqi norma işin faktiki hallarına uyğun gəlmir və nəticə etibarilə tətbiq edilmiş maddə – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulan hüquqpozma – şəxsin konkret hərəkətinə düzgün hüquqi qiymət vermir. Belə ki, protokolda şəxsə qarşı İXM-nin 232-ci maddəsi – yəni təsərrüfat əkinlərinin korlanması maddəsi tətbiq edilsə də, iş üzrə toplanmış materiallardan görünür ki, hüquqpozma əkin sahəsinə və ya bitkilərə deyil, dəmir yolunda hərəkətdə olan elektrovozun qabaq şüşəsinin daşla zədələnməsi ilə bağlı olmuşdur. Yəni, hüquqpozma özgənin əmlakının qəsdən zədələnməsi ilə bağlıdır və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinin tələblərinə uyğun hüquqi münasibət yaradır. Qeyd edilən maddənin (232-1) izahına əsasən, az miqdarda (yəni 5000 manatdan aşağı) ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə inzibati xəta hesab edilir və bu zaman məsuliyyət protokolda məhz həmin maddəyə istinad edilməklə aparılmalıdır. Hazırkı işdə zərərin məbləği 428.12 manat olmaqla, bu maddənin tələblərinə tam uyğundur. Bu baxımdan, hazırkı iş üzrə protokolun yanlış hüquqi norma ilə (232-ci maddə) tərtib olunması, faktiki vəziyyətin hüquqi qiymətləndirilməsi ilə ziddiyyət təşkil edir və bu ziddiyyət inzibati xəta işi üzrə baxılma imkanlarını hüquqi cəhətdən mümkünsüz edir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 100.1-ci maddəsinə görə bu məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir . 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə,bu barədə protokolda müvafiq qeyd aparılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək,habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 109.1. və 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Bununla da tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından natamam hesab olunmalı, tamamlanması məhkəmə iclasında mümkün olmadığından inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yol Nəqliyyatda Polis İdarəsinin İmişli st. X1 Şirvan st. X2 geri qaytarılsın. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-743/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-743/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver