Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-746/2023 09.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq polis əməkdaşlarının iş rejimini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, polis idarəsində izahat vermək üçün çağırılmış, lakin getmək istəmişdir. Polisin xidməti otağında izahatı alınan zaman ucadan nalayiq sözlər işlətmiş, səs-küy salmış, polisə tabesizlik göstərmiş, əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, icraatında xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Mərhəmət evi Uşaq sığınacağı Mərkəzi”-də kordinator və Şirvan şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də yaşayan X2 PŞ-nə ərizə ilə müraciət edərək, 07 iyun 2023-cü il tarixdə kordinator işlədiyi “Mərhəmət evi Uşaq sığınacağı Mərkəzi”-də olarkən həmin Mərkəzdə qalan xx.xx.2014-cü il təvəllüdlü X4 ona ayrılan çarpayıda özünü cinsi ehtirasın təmin etməsinin şahidi olmasını, Zəhra Abbasova ilə profilaktiki danışıq aparmasını, Zəhra Abbasovanın ona ögey atası Şəxs onunla zorla cinsi əlaqədə olmasını və cinsi əlaqə zamanı cinsiyyət orqanından qan gəlməsini gördüyünü ona bildirməsi faktı əsasında HK-1/1365 nömrəli material üzrə araşdırma aparılır. Aparılmış araşdırma zamanı Şəxs verilmiş raporta əsasında yeri müəyyən edilərək, İstintaq bölməsinə gətirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, Şəxs xidməti otağımda izahatını alan zaman sonuncu heç bir əsaslı səbəb olmadan ucadan nəlayiq sözlərlə danışmağa başlamış, həmin vaxt onu nizam intizama dəvət etmiş, lakin Şəxs onun dediklərinə məhəl qoymamış və xidməti otağında onunla sözlə mübahisə etmiş, izahatını almağna imkan verməmiş, bu zaman qonşu otaqda olan X5 və X1 gəlmiş, həmin vaxt Şəxs polis şöbəsinin 15-20 dəqiqə ərzində iş rejimini pozmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq iş rejimini pozması, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Mərhəmət evi Uşaq sığınacağı Mərkəzi”-də kordinatoru və Şirvan şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də yaşayan X2 PŞ-nə ərizə ilə müraciət edərək, 07 iyun 2023-cü il tarixdə kordinator işlədiyi “Mərhəmət evi Uşaq sığınacağı Mərkəzi”-də olarkən həmin Mərkəzdə qalan xx.xx.2014-cü il təvəllüdlü X4 ona ayrılan çarpayıda özünü cinsi ehtirasın təmin etməsinin şahidi olmasını, Zəhra Abbasova ilə profilaktiki danışıq aparmasını, Zəhra Abbasovanın ona ögəy atası Şəxs onunla zorla cinsi əlaqədə olmasını və cinsi əlaqə zamanı cinsiyyət orqanından qan gəlməsini gördüyünü ona bildirməsi faktı əsasında HK-1/1365 nömrəli material üzrə araşdırma aparılır. Aparılmış araşdırma zamanı Şəxs verilmiş raporta əsasında yeri müəyyən edilərək, İstintaq bölməsinə gətirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, Şəxs xidməti otağımda izahatını alan zaman sonuncu heç bir əsaslı səbəb olmadan ucadan nəlayiq sözlərlə danışmağa başlamış, həmin vaxt onu nizam intizama dəvət etmiş, lakin Şəxs onun dediklərinə məhəl qoymamış və xidməti otağında onunla sözlə mübahisə etmiş, izahatını almağna imkan verməmiş, bu zaman qonşu otaqda olan X5 və X1 gəlmiş, həmin vaxt Şəxs polis şöbəsinin 15-20 dəqiqə ərzində iş rejimini pozmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:45-də inzibati qaydada tutulmuşdur. Şəxs xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsinə verdiyi izahatında da əməllərini etiraf etmiş və peşman olmasını bildirmişdir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin polis şöbəsində, insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş halda əməlləri törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 27 (iyirmi yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 iyun 2023-cü il tarixdən, saat 20:45-dən hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-746/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-746/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver