Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-749/2023 09.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə şəhər ərazisində polisin qanuni tələbinə əməl etməməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, köhnə şəhər adlanan ərazidə dostu Rövşən ilə dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmış, onları polis şöbəsinə gətirmiş, polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Həsən Nəsirli bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində xidmətdə olarkən iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüş, onlara yaxınlaşaraq şəxsiyyətini müəyyən etmək istəmişlər. Lakin həmin şəxslər onlardan yayınaraq qaçmaq istəmiş, onları saxlamaq istəyərkən ucadan səs-küy salmış, nalayiq söyüşlər söymüş, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişlər. Şəxslər tərəflərindən polis şöbəsinə gətirilib növbətçi hissəyə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri Şəxs və X1r. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 08 iyun 2023-cü il tarixdə şəhər ərazisində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli raporta əsasən xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində xidmətdə olarkən iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüş, onlara yaxınlaşaraq şəxsiyyətini müəyyən etmək istəmişlər. Lakin həmin şəxslər onlardan yayınaraq qaçmaq istəmiş, onları saxlamaq istəyərkən ucadan səs-küy salmış, nalayiq söyüşlər söymüş, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişlər. Şəxslər tərəflərindən polis şöbəsinə gətirilib növbətçi hissəyə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri Şəxs və X1r. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixində, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir. Şəxsin səs-küy salaraq ictimai qaydanı pozması, həmçinin onu sakitləşdirməyə çalışan polis əməkdaşına tabesizlik göstərməsi inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə də təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətəndə göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-749/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-749/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver