Məhkəmə qərarları › İş №3(032)-749/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-749/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-749/2025 28.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.2004-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Polis Şöbəsin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 01.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri onu dayandırmış, ona işıqforun qırmızı işığında keçməklə qayda pozuntusu etdiyi bildirilmiş, Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları həmin yerə çağırılmışdır. O, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərinə qayda pozuntusuna dair videogörüntü olub-olmamasını soruşmuş, videogörüntü varsa Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən təqdim edilməsini, yoxdusa məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərləri ona təzyiq göstərərək onu polis maşınına mindirmişlər. Həmin vaxt digər avtomobillə qardaşı da gəlmiş, ona təzyiq göstərdiklərinə görə polis əməkdaşına irad bildirmiş, qardaşını da məcbur avtomobilə əyləşdirmişlər. Qardaşı avtomobildə olarkən polis əməkdaşı qardaşına iki dəfə yumruqla zərbə endirmişdir. O , polis əməkdaşlarının qanuni tələbinə tabe olmayacaq hər hansı hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 01:30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən iki avtomabilin “Vaz 21015” markalı **-NA-*** və “Opel Astara” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin işıqforun qırmızı işıqın tələblərin kobud şəkildə pozduqlarını aşkar etmişlər və dərhal YPX-nin 130 çağırışlı avtopatrulunu hadisə yerinə dəvət etmişlər, həmin şəxslər işiqforun qırmızı işıq pozduğunu boynuna alaraq nalayiq ifadələrlə post patrul kimdi ki maşın saxlayır və polisin qanuni tələblərinə məhəl qoymayaraq onlarla mübahisə etmişlər və onları dəfələrlə nizamintizama dəvət etsələr də onlar öz əməllərinə davam etmişlər və onlar bizimlə Polis Şöbəsinə gəlməkdən imtina etmişlər. Bundan sonra onlar Şirvan şəhər Polis Şöbəsinə aparılaraq Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 şahid Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, Şəxs işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün üçün Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən deyil, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilmişdir. Onun polis əməkdaşı tərəfindən saxlanmasına etiraz etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar