Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-751/2023 12.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC şirkətində kəsici vəzifəsində işləyən, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 09 iyun 2023-cü il tarixdə H.Z.Tağıyev küçəsində sərxoş halda küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 09 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, 09 iyun 2023-cü il tarixdə spirtli içki qəbul etmiş, sərxoş halda olarkən arvadı ilə arasında münaqişə yaranmışdır. Münqaşə nəticəsində əsəbləşdiyi üçün ucadan küçə söyüşləri söymüşdür. Əməlindən səməmi peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı X6 bildirdi ki, DİN-nin 102 xidməti-zəng mərkəzindən daxil olmuş şikayət əsasında xx.xx.2023-cü il tarixdə, saat 23:50-də Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində olarkən barəsində şikayət olunan X4 yaxınlaşaraq özünü təqdim etmiş, bu vaxt şəxs uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt ətrafda çoxlu kənar şəxslər var idi. Hadisə ilə bağlı Şəxs izahatı alınmış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş raportdan görünür ki, DİN-nin 102 xidməti-zəng mərkəzindən daxil olmuş şikayət əsasında xx.xx.2023-cü il tarixdə, saat 23:50-də Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində olarkən barəsində şikayət olunan X4 yaxınlaşaraq özünü təqdim etmiş, bu vaxt şəxs uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt ətrafda çoxlu kənar şəxslər var idi. Bundan sonra X1 şəhər polis şöbəsinə gətirilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 iyun 2023-cü il tarixdə, saat 00:05-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il il tarixli, 138 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sonra X2 alkoqol sərxoşluğunun orta dərəcəsi olmuşdur. X3 Şirvan şəhər polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli iltizamında xx.xx.2023cü il tarixdə saat 10:00-da Şirvan şəhər polis şöbəsinə gələcəyini söz verərək öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar olması və əməlində İXM 33.1.7-ci maddəsinə əsasən hadisəni sərxoş vəziyyətdə törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-751/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-751/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver