Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-751/2024 04.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində uca səslə telefon vasitəsi ilə danışmış, bu zaman 2 nəfər şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bilməmişdir. 1 həftə öncə narkotik vasitə olan marixuana qəbul etmişdir. Polis əməkdaşları ilə birlikdə avtopatrul avtomobilinə əyləşərək, polis şöbəsinə getmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə əməl etmiş, nizam-intizamı pozmamışdır. Şirvan şəhər Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Azad oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Şirvan şəhəri, M.Mirzəyev küçəsində CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə xidmətdə olduğu zaman, 1 nəfər şəxsin mobil telefon vasitəsi ilə ucadan səs-küy salıb kobud şəkildə küçə söyüşləri söyərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxsi nizam-intizama dəvət edən zaman narkotik vasitənin təsiri altında olmasında şübhələr yaranmış, öz əməllərini davam etdirmiş, qəsdən polisin qanuni tələbinə məhəl qoymamış, polis şöbəsinə getməkdən imtina etdiyi üçün həmin şəxsi fiziki güc tətbiq edərək, Şirvan şəhər Polis şöbəsinə gətirməklə, Növbətçi hissəyə təhvil vermişdir. Orada məlum olmuşdur ki, həmin şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Əbilov X2 Kamran Azad oğlu ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Şirvan şəhər, M.Mirzəyev küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmaqla, polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan marixuananı istifadə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Şirvan şəhəri, M.Mirzəyev küçəsində CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə xidmətdə olduğu zaman 1 nəfər şəxsin mobil telefon vasitəsi ilə ucadan səs-küy salıb kobud şəkildə küçə söyüşləri söyərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, onu dəfələrlə nizam-intizama dəvət etsə də, o, öz əməllərini davam etdirmiş, qəsdən polisin qanuni tələbinə məhəl qoymamış, polis şöbəsinə getməkdən imtina etdiyi üçün həmin şəxsi fiziki güc tətbiq edərək, Şirvan şəhər Polis Şöbəsinə gətirməklə, Növbətçi Hissəyə təhvil vermişdir. Orada məlum olmuşdur ki, həmin şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxsdur. Şirvan ŞPŞ-nin TB-in təhqiqatçısı, polis baş leytenantı İsmail Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına Şirvan ŞPŞnin NMQ-in baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şirvan şəhəri, M.Mirzəyev küçəsində bir nəfər şəxsin uca səs-küylə nalayiq ifadələr işlətməsi ilə əlaqədar, həmin şəxsi nizam-intizama dəvət edən zaman narkotik vasitənin təsiri altında olmasında şübhələr yaranması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli, 6029 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Həmçinin müayinə nəticəsində Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Səmədov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 17:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 17 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İnzibati həbsdə saxlamanın əvvəli 03 sentyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-751/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-751/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver