Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-751/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş 29 iyul 20285-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü İcrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)- 100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.47 misli həddində sabit pul məbləğində aliment iş üzrə tələbkar X4 ödənilməlidir. Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri xx.xx.2025-ci l tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 2800 manat aliment borclu olduğu məlum olmuşdur. İş üzrə tələbkar X7 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Həmçinin əlavə olaraq izahatında bildirmişdir ki, tələbkarla telefon əlaqəsi saxlanılmış Şəxs icra sənədi üzrə borcundan 500 manat ödənilməsinə etiraz etməmiş, həmçinin hər ay borclu tərəfindən 450 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Həmçinin Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.47 misli həddində sabit pul məbləğində aliment iş üzrə tələbkar X4 ödənilməlidir. İcra sənədi üzrə borcundan qərəzli olaraq yayınmamış, rəsmi iş yeri olmadığı üçün alimenti tam olaraq ödəyə bilmədiyindən borcu yaranmışdır. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs oğundan hər ay bir uşağa 140 manat, iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.47 misli həddində sabit pul məbləğində aliment iş üzrə tələbkar X4 ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin 8(032)-113/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə borclu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilərək, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədləri üzrə iş üzrə borclu Şəxs tərəfindən iş üzrə tələbkar X4 təqdim edilməkdən ötrü cəmi 500 manat məbləğində pul vəsaiti ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə Şəxs tərəfindən 500 manat ödəniş edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-751/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-751/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver