Məhkəmə qərarları › İş №3(032)-754/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-754/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-754/2023 13.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbini müəyyən olunmuş müddətdə icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 30 manat, cəmi 60 manat sabit pul məbləğində alimentin, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manatŞ cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. İşlədiyi təqdirdə aliment borcundan hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, 1-ci icra sənədi üzrə Şirvan şəhər məhkəməsinin 2(032)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Övəz oğlundan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 30 manat, cəmi 60 manat sabit pul məbləğində alimen tutularaq tələbkar X4 veriməli, 2-ci icra sənədi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 veriməlidir.Hər iki icra sənədi üzrə borclu Şəxs, tələbkar isə X5r.İcra sənədləri şöbənin icraatına daxil olmuş, icrrata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. borclu Şəxs icra şöbəsinə dəvət olunmuş, ondan izahat alınmış, alimentin ödənilməsi qaydaları ona izah olunmuşdur. “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, borclunun hər hansı bir əmlakı yoxdur.Bu barədə akt tərtib edilərək icra işinə əlavə edilmişdir.Borclu Şəxs bir müddət aliment ödədikdən sonra ödəməmişdir.Bununla bağlı dəfələrlə ona xəbərdarlıqlar göndərisədə, telefon əlaqəsi saxlanılsa da o,şöbəyə gəlməmişdir, İcra sənədinin icrası məqsədi ilə borclu Şəxs qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, onun həmin ünvanda yaşamamasını müəyyən edilərək müvafiq akt tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə borlcunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə borclu saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir.Borclu tərəfindən həmin gün 200 manat aliment tələbkarın bank hesabına köçürülmüşdür.Borclu izahat verərək qalan borcu yaxın vaxtda ödəyəcəyinə söz versədə yenə də ödəməmiş və icra məmurunun çağırışına gəlməmişdir. Borclu Şəxs yenədə şöbəsinə gəlmədiyindən barəsində xx.xx.2023-cü il tarixdə “Borclunun axtarılması barədə” qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və bu gün yəni xx.xx.2023-cü il tarixdə borclu saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Borcludan izahat alınmış hər iki icra sənədi üzrə yaranmış 1390 manat alimentin ödənilməsi tələb olunsada o, işləmədiyini bildirərək alimenti ödəməkdən yayınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-1087/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli xx.xx.2020-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş və Şirvan şəhəri, Vidadi küçəsi ev 46-da qeydiyyatda olan cavabdeh Şəxs hər ay sabit pul məbləğində bir uşağa 30 manat, iki uşağa görə 60 manat aliment alınaraq iddiaçı X4 verilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 veriməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iki icra sənədinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1087/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2020-ci il tarixli, 179923/2020-10-13-004 nömrəli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 297338/2022-10-13-004 nömrəli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Məhkəmənin hazırki iş üzrə mğvqeyi və əsaslandığı hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sözügedən inzibati xəta mahiyyət etibarı ilə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir. Qeyd olunan normanın qanunvericilikdə yer almasında əsas məqsəd dövlət adından qəbul edilən məhkəmə qərarlarına hörmət, onların məcburiliyi və hər hansı qeydşərt olmadan icrasının təminini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İnzibati qanunvericilikdə də təqsir dedikdə, şəxsin törətdiyi ictimai münasibətlərə qəsd edən, hüquqazidd əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar