Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-754/2024 06.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə , xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X1 etibarından istifadə edərək evinə sayğac yerləşdirilməsi üçün 420 manat pulunu dələduzluq yolu ilə talamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 izahatları, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, zərərçəkmiş şəxsə evinə yeni sayğac qoşacağını vəd verərək işıqsız qalmasın deyə köməklik göstərmişdir. Bu köməkliyin qarşısında ondan 300 manat pul almışdır. Sonradan aralarında anlaşmazlıq olduğundan məsələ bu yerə gəlib çıxmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı aradan qaldırılmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 2024-cü ilin fevral ayının sonunda Şəxs yaşadığı evin həyətinə gəlmiş, işıq sayğacını götürəcəyini demiş, o Emildən səbəbini soruşduqda ona həmin sayğacın qeyri-qanuni olduğunu söyləmiş, o Emildən sayğacın təxminən 14 il bundan əvvəl Azərişıq tərəfindən yerləşdirildiyini, hazıradək ona belə sözlərin deyilmədiyini bildirmişdir. Emili Azərişıq ASC-nin əməkdaşı olduğunu bilmiş, bundan sonra Şəxs sayğacı sökdükdən sonra onun evini işıqsız qoyacağını demiş, o Emildən belə etməməsini xahiş etmişdir. Emil ondan 100 manat pul istəmiş, həmin pulu da, qaranlıqda olmamağına görə istəmiş, müvəqqəti olaraq sayğacı yerində saxlayacağını demişdir. O elə orada həmin vaxt Emilə 100 manat pul vermiş, Emil ondan 100 manatı alıb cibinə qoymuş, ona 100 manatdan əlavə 300 manat da əlavə verməyini, 300 manat pulun müqabilində yeni sayğac qoyacağını vəd vermişdir. Həmin vaxtdan təxminən 5-6 gün sonra 2024-cü ilin fevral ayının sonunda Emil yaşadığı evin həyətinə gəlmiş, ona 300 manat pulu verməyini tələb etmiş, təqaüdünü alıb yaşadığı evin qarşısında 300 manat pulu Emilə vermişdir. Emil pulu aldıqdan sonra ona narahat olmamağını, yaxın zamanda yeni sayğac gətirib quraşdıracağını demişdir. Qeyd etmişdir ki, Emilə 100 manat verdikdən sonra Emildən başqa tanımadığı Azərişıq ASC-nin işçisi gəlib sayğacı söküb aparmışdır. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra 2024-cü ilin mart ayının əvvəlində yenə də, yaşadığı evin həyətinə gəlib ona işıq kartı verəcəyini, bunun da müqabilində ondan 40 manat pul istəmişdir. Onun üstündə pul olmadığından Emilə 20 manat pul vermiş, beləcə Şəxs ümumilikdə 420 manat pul vermiş, lakin Şəxs nə yaşadığı evə də hazıradək yeni sayğac gətirib quraşdırmış, nə də ki, onun pulunu qaytarmışdır. Hadisə nəticəsində ona 420 manat maddi ziyan dəymişdir. Hazıra inzibati xəta törətmiş şəxslə barışmış və ona dəymiş ziyan aradan qaldırılmışdır. Bu barədə ərizə təqdim etmiş və qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir . Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-754/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-754/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver