Məhkəmə qərarları › İş №3(032)-756/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-756/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-756/2023 13.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri “Kənd evləri” yaşayış massivində xidmətdə olan YPX-nin əməkdaşları ilə mübahisə edərək sürücüyə etdiyi qayda pozuntusunun izah edilməsi ilə bağlı qanuni taləbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində Sabirabad rayonundan Şirvan şəhərinə dostu ilə birlikdə gəzmək üçün gəlmiş,avtomobillə hərəkətdə olan zaman YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, avtomobili saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusun izah etmişdir. O, həmin gün səhər dostu ilə birlikdə spritli içki qəbul etdiyindən mübahisə edərək polisin qanunu tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis serjantı X3 izahat verib bildirdi ki,xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində Şirvan şəhəri R.Rza küçəsində xidmətdə olarkən “Vaz 2106” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə qayda pozduğu üçün saxla əmri verilmiş, lakin sürücü avtomobili saxlamamışdır. Bundan sonra süni tıxac yaratmaqla avtomobil saxlanılmış, sürücüyə özlərini təqdim edib qayda pozuntusunu izah edərkən sürücü və yanındakı sərnişin sərxoş vəziyyətdə yersiz səs-küy salaraq onların xidmətinə mane olmağa başlamışlar və ərazidən uzaqlaşmaq istəmişlər. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərindən Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 02.40 radələrində inzibati qaydada tutulmuş, 13 iyun 2023-cü il tarixdə saat 15.00-da azad edilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində xidməti avtomaşınla Şirvan şəhəri R.Rza küçəsində xidmətdə olarkən “Vaz 2106” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil kobud qayda pozuntularına görə saxla əmri verilməsinə baxmayaraq hərəkətini davam etdirmişdir. Onlar radiostansiya vasitəsilə əraziyə PPX-nin əməkdaşlarını cəlb edərək süni tıxac vasitəsilə avtomobili hərəkətdən kənarlaşdırmışlar. Avtomaşına yaxınlaşarkən sürücü və sərnişin sərxoş vəziyyətdə avtomaşından düşərək özlərini şübhəli halda ucadan səsküysalıb şəxsiyyətlərini bildirməkdən imtian edərək qəsdən qanuni tələblərinə məhəl qoymayıb ərazidən uzaqlaşmağa çalışmışlar. Həmin zaman hadisə yerinin yaxınlıqda yaşayan bir neçə şəxs evindən küçəyə çıxaraq şəxslərin polislə davranışını nümayiş etmişlər. Bu zaman PPX-nin əməkdaşlarının köməyi ilə həmin şəxslər Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər.Şirvan şəhər Polis Şöbəsində məlum olmuşdur ki, Sabirabad rayon sakinləri avtomaşını idarə edən Şəxs və X1r. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalı, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunacaq cərimə azaldılmalı və o , məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar