Məhkəmə qərarları › İş №3(032)-758/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-758/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-758/2024 09.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Polis Şöbəsin İTB-nin sahə rəisi, polis leytenantı X14 tərəfindən tərtib edilmiş 09 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə, Şəxs şəxsi münasibətlər zəminində münaqişə zamanı X5 döyərək ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Təxminən bir ilə yaxındır ki, qonşusu ilə münasibətlərində problemlər yaşanır. Belə ki, ona məxsus olan evin yataq otağının pəncərəsinin yanında ferma düzəltmiş və orda müxtəlif heyvanlar saxlayırlar, təsərrüfat salmışlar. Heyvanlar verilməsi üçün ot üyüdən aparatın səsi, otu üyüdərkən çıxan toz onların evinin içinə daxil olur. Bununla bağlı müxtəlif orqanlara müraciət etmiş, orada ona məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixdə onun müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin üç nəfər əməkdaşı onun yaşadığı evə gəlmişlər. Sahə polis nəfərlərinin iştirakı ilə qonşusunun həyətinə baxış keçirilmişdir. Həyətdən çıxan zaman zərərçəkmiş şəxs nalayiq ifadə işlətmiş, o qapıdan çıxan zaman görmüşdür ki, Paşanın ailə üzvləri onun qapısında dayanmışlar o bildirmişdir ki, DİN-nin 102 xidmətinə məlumat verəcək və onların barəsində tədbir görüləcəkdir. Bu zaman X12 onun üzərinə gələrək ona xəsarət yetirmişdir. O, zərərçəkmiş şəxsi vurmamış, ona hər hansı xəsarət yetirməməmişdir, bunu təsdiq edən şahidlər də var. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan narazı qaldığından prokurorluğa müraciət etmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək bildirdi ki, o, Şəxs ünvanına nalayiq ifadə işlətməmişdir, əksinə Hatəm onun ünvanına nalayiq ifadə işlətmişdir. Hadisə vaxtı Hatəm nalayiq ifadə işlətdiyindən onun üzərinə gedərək ona xəsarət yetirmişdir. O izahatında sırf Hatəmin onun vurmasını bildirməmiş, onunla toqquşma zamanı onda xəsarətin yarana biləcəyini bildirmişdir. Hadisə zamanı o, qaçaraq Hatəmin üzərinə getmiş, toqquşma zamanı ehtimal edir ki, Hatəmin əli onun qaş nahiyyəsinə dəymişdir, daha sonra Hatəm yerə yıxılaraq xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıq əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahat verərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsində baş məsləhətçi müfəttiş vəzifəsində çalışır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 168 qaynar xəttə fərdi həyətyanı sahədə heyvandarlıqla məşğul olmaq, iy qoxu ilə bağlı şikayət daxil olmuş əsasında araşdırma başlanılmış, araşdırma aparılması ona həvalə olunmuşdur. Həmin şikayət 2-3 ay əvvəl başqa əməkdaş tərəfindən araşdırma aparılmışdır. Araşdırma aparılması ilə əlaqədar Hatəm bəyin yaşadığı evə getmiş, onun izahatı alınmış, araşdırmanın davam etdirilməsi üçün qarşı tərəfin darvazasına yaxınlaşmış, darvazanı döysə də qapını açan olmamışdır. Bundan sonra həmin ərazidən uzaqlaşmışdır. Hatəm bəy onlara tozla bağlı müəyyən faktlar təqdim etmiş, o da Hatəm bəyə bildirmişdir ki, tozu gözlə görmək onun havanı çirkləndirilməsinə səbəb olmur, cihazlar vasitəsi ilə müəyyən etmək olur. Bir müddət sonra Hatəm bəy qonşu evə gəldiyindən onu yenidən çağırmış, o əməkdaşlarla birlikdə baxış keçirmiş, müvafiq izahatları almışdır. Orada onları görə biləcəyi iş qalmadığından , mütəxəssis dəvət olunmalı olduğundan evdən çıxmışlar . Polis əməkdaşları çıxıb getmiş, həmin vaxt orada iki qonşu , o, X6 və X7 olmuşdur. Qarşı tərəfin həyətinə tozun keçib keçmədiyini müşahidə etmək üçün həyətdə olan ot doğramaq üçün aparatı işə salaraq o, Paşanın yaşadığı həyətdə, digər iki əməkdaş isə Hatəmin həyətində olmuşdur. O, çəkilişləri etdikdən sonra Hatəmin həyətinə getmiş, Paşa və onun atası onun ardınca Hatəmin həyətinə getmişlər. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Paşa Hatəmin üstünə getmiş, Hatəm yıxılmış, kimin-kimi vurmasını görməmişdir. Hatəmin Paşanı vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 izahat verərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsində məsləhətçi vəzifəsində çalışır. O, digər əməkdaş X6 ilə Hatəm bəyin həyətində olmuşlar, daha sonra qonşular gəlmişdir. Hadisə zamanı onlar araşdırma apardıqlarından mübahisənin necə olmasını, Hatəmin Paşanı vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 izahat verərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində çalışır. Tərəfləri araşdırma zamanı tanımışdır. Hadisə zamanı o digər əməkdaşlar birlikdə araşdırma aparmışlar. O hadisənin necə baş verməsini, kimin kimi vurmasını görməmişdir. Hadisə yerinə gələn zaman Hatəmin yerə yıxılmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş X13 izahat verərək bildirdi ki, Kommunal Təsərrüfat idarəsində çalışır. Qonşusunun müraciəti əsasında onun həyətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları gəlmişlər, araşdırma aparmışlar. Araşdırma aparıldıqdan sonra evlərinə gedən zaman Hatəm onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Paşa onun üstünə getmiş, toqquşma zamanı Hatəm yerə yıxılmışdır. O, Hatəmin Paşanı vurmasını görməmişdir, ehtimal edir ki, Paşa Hatəmlə toqquşma zamanı xəsarət almışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə X12 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir . İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və X10 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 365 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X4 bədən səthində aşkar olunan xəsarətlər – sağ qaşüstə nahiyədə qançır-küt əşya təsirindən törənmiş qərarın təsvir hissəsində göstərilən 25 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan zərərçəkmiş şəxs X4 məhz Şəxs tərəfindən qəsdən fiziki agrı yetirilərək döyülməsi və nəticədə xəsarət alması müəyyən olunmur. Bu hərəkətlər isə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır . Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar