Məhkəmə qərarları › İş №3(032)-759/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-759/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-759/2024 09.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 25 iyul 2024-cü il tarixdə, saat 15:00 radələrində Şirvan şəhəri, F.Cavadov küçəsi 65 saylı evin həyətyani sahəsində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə qonşusu Hatəmin müraciəti əsasında Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları onların yaşadığı ünvana gəlmişlər və həyətdə olan ot doğramaq üçün nəzərdə tutulmuş aparatı yoxlamışlar və həmin aparatda toz tapılmamışdır. Sonra atası Varis həmin əməkdaşlara bildirmişdir ki, gedin Hatəmə deyin gəlsin o da baxsın. Bundan sonra həmin əməkdaşlardan biri Hatəmi onun həyətinə dəvət etmiş, lakin Hatəm onlara gəlməkdən imtina etmişdir. Bundan sonra o, atası Varislə birlikdə qonşusu Hatəmin həyətinə getmiş, həmin vaxt həyətdə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları olmuşdur. Daha sonra Hatəm onların ünvanlarına nalayiq ifadələr işlədib həyətindən qovmuş, o və atası Hatəmin həyətindən çıxdıqdan sonra qapının qarşısında Hatəm atasının və anasının ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o, bu sözlərə dözməyib Hatəmin üzərinə gedərək onu sinə hissəsindən itələmiş və həmin vaxtı Hatəm arxası üstə yerə yıxılmış və başı yerə dəymişdir. Bundan sonra atası Varis onu evə aparmışdır. Mübahisə zamanı Hatəmin həyətində Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 əməkdaşı olmuşdur. Həmin vaxt orada atası Varis və Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları olmuşdur. Hatəm ilə toqquşma nəticəsində sağ qaş nahiyəsindən xəsrət almışdır. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə müraciəti əsasında Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və Varisin həyətində yoxlama keçirə bilmədiklərini, Varisin ailə üzvləri imkan vermədiklərini bildirmişlər. Həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qonşu Varis və oğlu Paşa onun həyətinə daxil olmuş və Varis uca səslə kobud şəkildə danışmağa başlamışdır. O, Varisə ağzına gələni danışmasını bildirmiş, sonra Varis anasına haqq qazandırmağa çalışdığı üçün o, onlara həyətdən çıxmalarını söyləmişdir. Həmin vaxt Varis və oğlu Paşa həyətdən çıxan zaman Paşa onun ünvanına nəlayiq ifadə işlətmiş, o, ona irad bildirib sözlərinə və söyüşünə son qoymasını bildirən zaman Paşa geriyə dönərək onu yaşadığı evin giriş qapısının ağzında təpiklə diz nahiyyəsindən vurmuş və o, arxası üsdə yerə yıxılmış, yıxılan zaman baş nahiyyəsindən xəsarət almışdır. Həmin vaxt orada Varis və Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları olmuşdur. Mübahisə zamanı baş nahiyəsindən xəsrət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, Şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə qonşu Hatəmin müraciəti əsasında Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları onların yaşadığı ünvana gəlmişlər və həyətdə olan ot doğramaq üçün nəzərdə tutulmuş aparatı yoxlamışlar və həmin aparatda toz tapılmamışdır. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşı onun həyətində olan zaman qurduğu ot doğrayan aparatı qoşmuşdur ki, ətraf mühütə tozun yayılıbyayılmamasına baxsınlar. Bundan sonra Ekologiyanın əməkdaşı onun həyətindən çıxaraq Zərərçəkmiş şəxs həyətinə gəlmiş və onun arxası ilə Hatəmin həyətinə oğlu Paşa ilə gəlmişlər. Hatəm onu və oğlu Paşaya həyəti tərk etmələrini tələb etmiş, onlar Hatəmin həyətyani sahəsindən çölə çıxdıqdan sonra Hatəm onların ünvanına nəlayiq ifadə işlətdiyi üçün oğlu Paşa Zərərçəkmiş şəxs üzərinə qaçmışdır. Onlar biri-birinə dəydikdən sonra Zərərçəkmiş şəxs arxası üsta yerə yıxılmış və həmin vaxı başı yerə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, təxminən iyul ayının 1-ci on günlüyündə Şirvan şəhər sakini şəhərin F.Cavadov küçəsi, ev 65-də qeydiyyatda olmaqla yaşayan Cəfərov X1 və Təbbi Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etdiyi üçün xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs müraciəti əsasında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana Şahid4, Şahid2 ilə birlikdə getmişdir. O, və Şahid4, Zərərçəkmiş şəxs yaşadığı həyətə keçmiş, Şahid2 isə Zərərçəkmiş şəxs şikayət etdiyi Şirvan şəhəri, F.Cavadov küçəsi, ev 62-də yaşayan Şahid1 həyətinə keçmişdir. Şahid2 Varisin həyətində olan zaman Varis həyətində qurduğu ot doğrayan aparatı qoşmuşdur ki, ətraf mühitə tozun yayılıb-yayılmaması, Hatəmin həyətinə tozun keçibkeçmədiyinə baxırsınlar. Bundan sonra Şahid2 Şahid1 həyətindən çıxaraq onların olduğu həyətə, yəni Zərərçəkmiş şəxs həyətinə gəlmiş və onun arxası ilə Zərərçəkmiş şəxs həyətinə qonşusu Şahid1 və oğlu Şəxs gəlmişlər. Bu zaman Hatəm qonşuları olan Varis və onun oğlu Paşaya onun həyətini tərk etmələrini tələb etmiş, Varis və Paşa həyətdən çıxan zaman Hatəmlə sözlə mübahisə etməyə başlamışlar və onları ayrı-ayıra Hatəmin həyətyani sahəsindən çölə çıxdıqdan sonra Hatəm Paşanın valideyinlərinin ünvanına nəlayiq ifadə işlətdiyi üçün Şəxs Zərərçəkmiş şəxs üzərinə qaçaraq tullanmış, onlar biribirinə dəydikdən sonra Zərərçəkmiş şəxs arxası üsta yerə yıxılmış və həmin vaxı başı yerə dəymişdir. Daha sonra Şahid1 oğlu Şəxs qolundan tutub evinə aparmış, onlar isə Hatəmi qolundan tutub ayağa qaldırdıqdan sonra evinə aparmışlar. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs təpiklə vurduğunu görməmiş, lakin Zərərçəkmiş şəxs üzərinə qaçaraq tullandığını və bunun nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmasının şahidi olmuşdur. Zərərçəkmiş şəxs küçədə Paşanın üzünə ata və anasının ünvanına nəlayiq ifadələr işlətməsi nəticəsində mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində Şahid2 və Qasımov X3 Hüseyn Rafiq oğlu ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidlərin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X5 25 iyul 2024-cü il tarixli, 363 saylı ekspert rəyinədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət başın təpə nahiyəsində qançır küt əşya təsirindən törənmiş, 25 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X4 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar