Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-761/2025 14.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə , X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, xx.xx.2025-ci il tarixində idarə etdiyi özünə məxsus Mercedes Benz E220d CDİ markalı **-CR-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri Lokbatan qəsəbəsi ərazisində digər nəqliyyat vasitələri ilə yanaşı təcili nasazlıq səbəbindən, yəni avtomobilin yanacağı və digər texniki səbəblərdən məcburi dayanmışdır. Halbuki avtobus dayanacağına 15 m-dən çox məsafədə, avtobusa heç bir maneəlik yaratmamışdır. Bu səbəbdən ona 346.2-ci maddəsinə əsasən nəzarət kamerası vasitəsilə 40 manat cərimə tətbiq olunmuşdur. İXM-nin 33-cü maddəsinə əsasən kamera ilə yalnız sürücünün inzibati məsuliyyəti aşkar edilə bilən hallarda məsuliyyət tətbiq edilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxs X3 məhkəmə bildirişi göndərilmiş, lakin X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. “Yol Hərəkəti haqqında” AR Qanunun 52-ci maddəsində dayanmanın qadağan olunduğu 4-cü hissənin 7-ci bəndində qeyd edilmişdir ki, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin dayanmçası qadağandır. “Yol Hərəkəti haqqında” AR Qanunun 4 saylı əlavəsində 5.12 nişanlanma xətti avtobusların və ya troleybusların dayanacaq yeri olaraq müəyyən edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli qərarının surətindən görünür ki, “MERCEDES BENZ E220 CDİ minik” **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:40:26 radələrində 14-cü km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-cİ maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ E220 CDİ minik” **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobil 14-cü km-də avtobus dayanacağının qarşısında dayanması kamera vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci,124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında.... Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını, şikayətin dəlillərini və qanunvericiliyin müvafiq müddəalarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş X1 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 346.2ci maddəsinə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, yaxud 5.12 və 5.13 yol nişanlarından 15 metrdən az məsafədə digər nəqliyyat vasitələrinin dayanması və ya durması qadağandır və bu halda sürücü barəsində 40 manat məbləğində cərimə tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4cü hissəsinin 7-ci bəndində də eyni qayda təsbit edilmişdir. Həmin qanunun 4 saylı əlavəsində 5.12 yol nişanı avtobusların dayanacaq yeri kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli elektron qərar, eləcə də fotoşəkillərdən aydın görünür ki, X2 məxsus Mercedes Benz E220 CDİ, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil 14-cü km ərazisində avtobus dayanacağının qarşısında dayanmışdır. Sürücünün iddiasına görə avtomobil texniki səbəbdən dayanmış olsa da, təqdim edilən fotoşəkillərdə və digər iş materiallarında bu halı sübut edən hər hansı faktik məlumat mövcud deyildir. Əksinə, xüsusi texniki vasitələrlə çəkilmiş görüntülərdən aydın olur ki, nəqliyyat vasitəsi avtobus dayanacağının aşkar surətdə 15 metr məsafədən az məsafədə dayanmış və qanunun tələbləri pozulmuşdur. İXM-in 57.6-cı maddəsinə əsasən, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş inzibati xətalar barədə qəbul edilmiş qərarlar rəsmi qaydada verilmiş hesab olunur. İXM-in 346-1.5-ci maddəsinə görə də, sürücünün iştirakı olmadan kamera vasitəsilə aşkar edilən hallarda inzibati tənbeh tətbiq edilə bilər. İş materialları göstərir ki, qərar real vaxt rejimində xüsusi texniki vasitələrin qeydi əsasında qəbul edilmiş, elektron sistemdə rəsmiləşdirilmiş və şikayətçiyə təqdim edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xəta işlərində istənilən faktik məlumat sübut sayılır. Foto və video görüntülər isə bu kateqoriyada ən etibarlı sübut vasitələrindən biridir. Həmin görüntülərin həqiqiliyini və qanuni yolla əldə edilməsini şübhə altına alan hər hansı dəlil şikayətçi tərəfindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki: Barəsində inzibati tənbeh tətbiq edilən şəxs tərəfindən törədilmiş əməl İXM-in 346.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İnzibati tənbeh qanuni və əsaslıdır. “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 7-ci bəndində və 5.12 nişanlanma xəttində nəzərdə tutulmuş tələblər pozulmuşdur. Şikayətçinin irəli sürdüyü dəlillər mövcud inzibati məsuliyyəti aradan qaldırmır və qərarın ləğvinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 346.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli elektron qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29476774 nömrəli nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-761/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-761/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver