Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-764/2024 10.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Şirvan şəhər X6 patrul xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri Yol patrul xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:07 radələrində Şirvan şəhər 1 May küçəsində «CHEVROLET COBALT» minik markalı ** YJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq icazə olmadan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi (çoxavazlı) səs siqnalı quraşdıraraq, istifadə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:07 radələrində Şirvan şəhər 1 May küçəsində özünə məxsus «CHEVROLET COBALT» minik markalı ** YJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xüsusi səs siqnalı quraşdırmışdır. Siqnalı uşaq basmışdır. Həmin səsgüçləndirici siqnalı qanunsuz olaraq maşına quraşdırmışdı. Barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Protokolu tərtib etmiş Şirvan şəhər X6 patrul xidməti inspektoru polis serjantı X4 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:07 radələrində Şirvan şəhər 1 May küçəsində xidmətdə olarkən «CHEVROLET COBALT» minik markalı ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobildən xüsusi səs siqnalı gəlmişdir. Avtomobilə yaxınlaşaraq Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs polis əməkdaşlarına qarşı heş bir hörmətsizlik etməmişdir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi, götürülməsi haqqında 09 sentyabr 2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs idarə etdiyi «CHEVROLET COBALT» minik markalı ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə Şirvan ŞPŞ DYPB-nin YPİ-nin inspektoru polis baş serjantı X2, ünvan 1 Şəxs, hal şahidləri Şirvan şəhər, F.X.Xoyski küçəsi ev 34-də yaşayan X1 və Şirvan şəhər, S.Zeynalov küçəsi ev 14, mənzil 1-də yaşayan X3 iştirakları ilə baxış keçirildi. Baxış zamanı avtomobilin qabaq sol oturacağının altından 1 ədəd PREMİER HAZAR markalı çoxavazlı səs siqnalı və ön buferin altından 1 ədəd səs gücləndirici götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «CHEVROLET COBALT» minik markalı ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış olan 1 ədəd PREMİER HAZAR markalı çoxavazlı səs siqnalı aktlaşdırılaraq Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir (maddə 26.1). İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir (maddə 26.2). Həmin Məcəllənin 151-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan 1 ədəd PREMİER HAZAR markalı çoxavazlı səs siqnalı müsadirə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyası çərçivəsində, inzibati xətanın törədilməsində alət olan xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə havalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-764/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-764/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver