Məhkəmə qərarları › İş №3(032)-778/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-778/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-778/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. İnzibati xəta hadisənin olması 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, tibbi yoxlamanın rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2023-cü ilin iyun ayının 14-ü tarixində saat 12 radələrində Şirvan şəhərində yerləşən “Salyan dairəsindən” yaşadığı Şirvan şəhəri 1 May küçəsinə doğri etibarnamə ilə idarə etdiyi “VAZ- 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət etdiyini, Şirvan şəhəri, 1 May küçəsi ilə 20 km/saat sürətlə hərəkət etdiyi zaman ona yol-patrul xidmətinin əməkdaşlarının saxla işarəsi vermiş, idarə etdiyi avtomobili yolun sağ hissəsində dayandıraraq aşağı enmiş, Şirvan ŞPŞnin YPX-nin əməkdaşları özlərini ona təqdim edərək təhlükəsizlik kəmərindən istifadə etmədiyini izah etmiş, bu vaxt YPX-nin əməkdaşlarının ona nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi barədə şübhələr olmasını söyləmiş, bu vaxt YPX-nin inspektorlarına heç bir narktotik vasitədən və psixotrop maddədən istifadə etmədiyini, həmin kütlələrin təsiri altında nəqliyyat vasitəsini idarəetmədiyi bildirmiş, daha sonra idarəetdiyi “VAZ-2107” markall, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunauyğun formada Şirvan ŞPŞ-nin nəqliyyat vsitələrinin müvəqqəti saxlanıldığı duracağa yerləşdirmiş, nəqliyyat vasitəsində qızıl-zinyət əşyası və ya qiymətli əşyaların olmadığını bildirərək YPX-nin inspektorları tərəfindən tərtib olunmuş akta imza çəkmiş, heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, lakin əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etməsi ilə bağlı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkumluğunun olduğunu, idarə etdiyi “VAZ-2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtombili narkotik vasitələrin təsiri altında idarəetmədiyini göstərmişdir. Hazırda tibbi yoxlanışın nəticəsində onun qanında aşkar edilmiş narkotik vasitəni uzun müddət əvvəl toy mərasimində istifadə etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 14 iyun 2023-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində Şirvan şəhəri, 1 May küçəsində xidmətdə olarkən “Mercedes” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozmuş, tərəflərindən saxlanılmış, özlərini təqdim etmiş, pozduğu qayda pozuntusunu izah etmiş, həmin vaxt sürücü Şəxs hərəkətləri onun narkotik vasitə təsiri altında nəqliyyat vasitəsini idarə etməsi şübhəsi yaranmış, sürücü Şəxs polis şöbəsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 16 iyun 2023-cü il tarixli, 3796 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs oğlunda kannabinoidlərin qəbulu edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs, **-BA-*** dövlət qeydiyyat nömrəli “VAZ 2107” markalı nəqliyyat vasitəsini idarə edərkən həmin nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğu və özünü narkotik vasitələrin istifadəsində şübhəli apardığı üçün Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin inspektoru Sədi Süleymanlı raportla şöbə rəhbərliyinə məruzə edərək Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsinin yoxlanılmasını xahiş etmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, onun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, məhkəmə icraatı zamanı davranışını, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 iyun 2023cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar