Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-779/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Yardımlı rayonu, Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 11 may 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, M.Qədirov küçəsində gəlini X4 döyərək, döş qəfəsinin sol yuxarı iş və tış səthlərində və sağ saidin orta 1/3-də cızıqlar və sıyrıq ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, Gülnur Hacızadə onun oğlu Səbuhinin həyat yoldaşıdır. Hazırda onlar boşanma mərhələsində olsalar da, faktiki olaraq Gülnur onunla birgə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə imiş. Bu vaxt Gülnur evə gəlmiş və Səbuhinin harada olmasını soruşmuşdur. O, Gülnura Səbuhinin harada olmasını bilmədiyini demişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Bu vaxt Gülnur onu təhqir etməyə başlamışdır. Bundan sonra Gülnur onun üzərinə gəldiyi üçün o, Gülnurun sağ qolundan yapışaraq itələmişdir. Bundan sonra saynanası Rəxşəndə onları aralamışdır. Bundan sonra o, oradan uzaqlaşmışdır. Lakin o, 11 may 2023-cü il tarixdə X4 döyməmiş, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs onun qaynanasıdır. O, hazırda Zülfiyyə birgə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları evə gəlmişdir. Bu vaxt evdə qaynanası Zülfiyyə və Zülfiyyənin qaynanası Rəxşəndə evdə imişlər. Bu vaxt o, Zülfiyyədən həyat yoldaşı Səbuhinin harada olmasını soruşmuşdur. Zülfiyyə ona Səbuhinin harada olmasını bilmədiyini demişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Bundan sonra Zülfiyyə şillə ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş və əli ilə sinəsini cırmaqlamağa başlamışdır. Bundan sonra Rəxşəndə araya girərək onlar aralamışdır. Oradan uzaqlaşmış və DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, X1 Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 12 may 2023-cü il tarixli, 181 saylı ekspert rəyinə əsasən X3 bədən səthində döş qəfəsinin sol yuxarı iş və tış səthlərində və sağ saidin orta 1/3-də cızıqlar və sıyrıq kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, 11 may 2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X6 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-779/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-779/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver