Məhkəmə qərarları › İş №3(032)-779/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-779/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-779/2024 29.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-779/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılan Şəxs vəsatətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-779/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-779/2024 saylı qərara əsasən barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətə görə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-779/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Hazırda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində tərtib edilmiş protokol üzrə təyin edilmiş cəriməni ödəmişdir. Asan pay ödəniş sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 18845284 saylı protokola əsasən ödəniş etmiş və onun qalıq borcu yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 21177452 saylı protokola əsasən cərimə və dəbbə pulunu ödədiyindən və qalıq borcu qalmadığından, inzibati xəta haqqında qərara xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Vəsatət təmin edilsin. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-779/2024 saylı inzibati xəta haqqında qərarına xitam verilsin. Qərarın surəti məlumat üçün təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar