Məhkəmə qərarları › İş №3(032)-78/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-78/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-78/2025 28.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-129/2024 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-129/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X4 borclu Şəxs sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz ǝnlakının yerləşdiyi otağa köçürülməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Yenidən xx.xx.2025-ci il tarixdə Şəxs izahatı alınmış və ondan tələbi yerinə yetirməsi tələb olunmuşdur. Borclu Şəxs yazılı izahatında bildirmişdir ki, tələbkar tərəf Kəmalə Zeynalovanın həmin evə köçürülməsini istəmir və razı deyil. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuşdur. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikas İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhəri Məhkəməsinin 2(032)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X4 onun sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməlidir. X5 evə köçürülməsinə razı deyil. Hazırda olan olan aliment borcunu ödəsə belə, Kəmalə Fətullayevanın həmin məhkəmə qərarına görə tələbini icra etməsinə şərait yaratmayacaq. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, Şirvan Şəhəri Məhkəməsinin 2(032)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz ǝnlakının yerləşdiyi otağa köçürülməsi qət edilmişdir. Hazırda borclu Şəxs icra sənədini icra etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, tələbkar X4 borclu Şəxs sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz ǝnlakının yerləşdiyi otağa köçürülməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar