Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-780/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 iyun 2023-cü il tarixdə Şirvan şəhəri Fizuli prospektində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə 01 radələrində dostu Fəridlə şəhərin H.Əliyev prospektində yerləşən kafedə pivə içmişlər, saat 03 radələrində həmin kafedən çıxmışlar, Füzuli parkı istiqamətinə hərəkət etmişlər, parkda olarkən polis əməkdaşları onlara yaxınlaşmış, hara getmələrini soruşmuş, onlara marketə gedəcəklərini, oradan da evə gedəcəklərini demiş, daha sonra Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına içkili olduğundan polis əməkdaşları ilə mübahisə etmiş, himayəsində 2 azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş etmişdir. Şirvan şəhər PŞ-nin PPXB-nin polis nəfəri X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində şəhərin H.Əliyev prospektində yerləşən “Fizuli” adına parkda xidmətdə olarkən 2 nəfər şəxsin ucadan səs-küy saldıqlarını görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra saatın gec olduğunu ictimai yerdə ucadan səs-küy salmağın hüquqazidd olduğunu bildirmişlər. Lakin həmin şəxslər spirtli içkinin təsiri altında olduğu üçün onların qanuni tələblərini heç saymış, ucadan səs-küy salmağa davam etmişlər. Onlar isə öz növbəsində səs-küy saldıqları parkın yaxınlığında yaşayış evlərinin olduğunu, gecə saat 03:40 radələrində səs-küy salmağın qanunsuz olduğunu bildirmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərini yerinə yetirmədikləri üçün tərəflərindən polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri X4 və Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 20 iyun 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində şəhərin H.Əliyev prospektində yerləşən “Fizuli” adına parkda xidmətdə olarkən 2 nəfər şəxsin ucadan səs-küy saldıqlarını görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra saatın gec olduğunu ictimai yerdə ucadan səs-küy salmağın hüquqazidd olduğunu bildirmişlər. Lakin həmin şəxslər spirtli içkinin təsiri altında olduğu üçün onların qanuni tələblərini heç saymış, ucadan səs-küy salmağa davam etmişlər. Onlar isə öz növbəsində səs-küy saldıqları parkın yaxınlığında yaşayış evlərinin olduğunu, gecə saat 03:40 radələrində səs-küy salmağın qanunsuz olduğunu bildirmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərini yerinə yetirmədikləri üçün tərəflərindən polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri X4 və Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, gənc olması, himayəsində 2 azyaşlı uşağın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və sərxoş olmağı iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-780/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-780/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver