Məhkəmə qərarları › İş №3(032)-782/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-782/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-782/2023 21.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, Sabirabad rayonu, Xəlifəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 iyun 2023-cü il tarixdə şəhərin H.Əliyev prospektində içkili halda DYP-nin əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu H.Ceyhun ilə Şirvan şəhərində toyda olmuş, axşam saatlarında oğlu ilə toydan çıxaraq Sabirabad rayon istiqamətində hərəkət etmiş, bu zaman DYPB-nin əməkdaşları maşını saxlamış, avtomobili oğlu Ceyhun idarə etmiş, həmin vaxt özü içkili olmuş, polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, avtomobilin duracağa aparılmasına etiraz etmiş, daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, əməlindən peşmandır. Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 23:40 radələrində “Mercedes C300” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti maşında şəhərin H.Əliyev prospektində xidmətdə olarkən “Mercedes” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozmuş, tərəflərindən saxla əmri verilmiş, buna baxmayaraaq sürücü onların əmrinə tabe olmamış, sonra sürücü avtomobili saxlamış, onlara yaxınlşamış, özlərini təqdim etmiş, sürücünün sürücülük vəsiqəsi olmadığını aşkar etmiş, sürücü özünü şübhəli aparmış, onda spirt qoxusu gəlmişdir. Spirtli içki qəbul edərək sükan arxasında əyləşdiyini aşkar etmişlər. Avtomobilin hərəkətdən kənarlaşıb PŞ-nin duracağına yerləşdirilməsini bildirmişlər. Sürücü və yanındakı sərnişin qismində atasının maşınını heç bir yerə getməyəciyini bildirirdi. Onlara xəbərdarlıq etmələrinə baxmayaraq qanuni tələblərinə məhəl qoymaraq, nalayiq ifadələr işlətmiş, tərəflərindən polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri X1 və Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 20 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 20 iyun 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 20 iyun 2023-cü il tarixli, 148 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 23:40 radələrində “Mercedes C300” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti maşında şəhərin H.Əliyev prospektində xidmətdə olarkən “Mercedes” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozmuş, tərəflərindən saxla əmri verilmiş, buna baxmayaraaq sürücü onların əmrinə tabe olmamış, sonra sürücü avtomobili saxlamış, onlara yaxınlşamış, özlərini təqdim etmiş, sürücünün sürücülük vəsiqəsi olmadığını aşkar etmiş, sürücü özünü şübhəli aparmış, onda spirt qoxusu gəlmişdir. Spirtli içki qəbul edərək sükan arxasında əyləşdiyini üşkar etmişlər. Avtomobilin hərəkətdən kənarlaşıb PŞ-nin duracağına yerləşdirilməsini bildirmişlər. Sürücü və yanındakı sərnişin qismində atasının maşınını heç bir yerə getməyəciyini bildirirdi. Onlara xəbərdarlıq etmələrinə baxmayaraq qanuni tələblərinə məhəl qoymaraq, nalayiq ifadələr işlətmiş, tərəflərindən polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri X1 və Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və sərxoş vəziyyətdə olması məsuliyyəti ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, iş materiallarından görünür ki, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:40 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, sonra sərxoşluğun müayinə olunmasına cəlb edilmiş, polis şöbəsində olaraq barəsində sənədləşmə işləri aparılmış, ondan xx.xx.2023-cü il tarixində məhkəməyə gələcəyi barədə müvafiq iltizam alınmışdır. Hazırki inzibati protokol sənədlərlə birlikdə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Şəxs də məhkəmənin sualına cavabında iltizam imza edənədək olan bütün müddət ərzində polis idarəsində saxlanıldığını və orada izahat verdiyini, sənədləşmə işlərinin apaılması ilə əlaqədar orada olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları şəxsin inzibati qaydada tutulması kimi qiymətləndirir. Beləliklə, məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar