Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-783/2023 21.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Şəhriyar Ərazi Dairəsi, Xəlfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 334.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:23 radələrində Şirvan şəhəri H.Əliyev prospektində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “Mercedes Benz” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs şəhərin H.Əliyev prospektində X8 Bölməsinin əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində toy məclisində spirtli içki qəbul etdikdən sonra axşam saatlarında “Mercedes Benz” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə atası, anası və bacısı ilə birlikdə evə doğru getmiş, toydan çıxdıqları üçün spirtli içki qəbul etmişdilər, maşına hərəkət edən zaman qayda pozuntusu etməsə də, X8 Bölməsinin əməkdaşları ona saxla işarəsi vermiş, o da əmrə tabe olaraq avtomobili saxlamış, avtomobil öz adına olsa da, sürücülük vəsiqəsi olmamışdır. Polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirmək istəyən vaxt mübahisələri olmuş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişdirlər. Törətdiyi xətadan səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru X4 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:23 radələrində “Mercedes C300” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti maşında şəhərin H.Əliyev propektində xidmətdə olarkən “Mercedes Benz” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozduğu üçün tərəflərindən saxla əmri verilmişdir. Buna baxmayaraq sürücü onun saxla əmrinə tabe olmamışdır. Onu müşahidə edərək bir neçə kilometr sonra sürücü özü avtomobili saxlamışdır. Ona yaxınlaşıb özünü təqdim etmiş, sürücünün sürücülk vəsiqəsi olmadığı aşkar edilmişdir. Özünü şübhəli apardığı üçün müayinə edilmişdir. Avtomobili hərəkətdən kənarlaşdırıb polis şöbəsinin duracağğına yerləşdirməsini bildirmiş, sürücü və onun yanında sərnişin qismində atası maşının heç bir yerə gedmiyəcəyini demişdir. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Siz bu maşını heç bir yerə apara bilməzsiz, aparsanız sizin başınıza oyun açacağıq və Sizi bu peşədə işləməyə qoymayacağıq” deyə ifadələr işlədirdi. Qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Eyni zamanda inzibati xəta törədən şəxsi DYP-nin xidməti avtomobilinə otuzdurulsa da, sonuncu maşının qabaq pəncərəsindən çıxaraq onlara tərəf gəlmiş və yenə də, onlara xidməti vəzifələrinin icrasına maneəçilk törətmişdir. Sonradan tərəflərindən həmin şəxslər polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Şirvan şəhəri H.Əliyev prospektində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “Mercedes Benz” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan şəhəri H.Əliyev prospektində X8 Bölməsinin əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı İnzibatio Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il il tarixli, 58 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun yüngül dərəcəsi olmuşdur. xx.xx.2023-cü il tarixli akoqol testindən görünür ki, Şəxs alkoqolunun miqdarı 0,627 promil aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:23 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “Mercedes Benz” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə edərək polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamışdır. Məcəlləsinin 329.3, 334.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və əməlində İXM 33.1.7-ci maddəsinə əsasən hadisəni sərxoş vəziyyətdə törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Lakin araşdırma zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digərləri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Baş X7 İdarəsinin rəisinin, onun müavinlərinin, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 İdarəsinin rəisinin, ərazi polis orqanlarının X7 idarələrinin, şöbələrinin rəislərinin, onların müavinlərinin, ərazi polis orqanlarının X7 bölmələrinin rəislərinin, ərazi polis orqanlarının X7 qruplarının rəhbərlərinin səlahiyyətinə aiddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 həmin hissədə əməlinə qiymət verilməsi üçün material Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həsənov X2 Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 23:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 23:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Şirvan şəhər Polis Şöbəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-783/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-783/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver