Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-783/2025 15.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Məhkəmə iclas katibi Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YNH baş inspektoru polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2078-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində Şəxs idarə etdiyi “TOYOTA COROLLA” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, Ş.Qurbanov küçəsində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. **-BG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobili təxminən 15 gündür idarə edir və bu avtomobil ona məxsusdur. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində, Şirvan şəhəri “Kənd evləri” adlanan ərazidən Ş.Qurbanov küçəsi istiqamətində avtomobil ilə hərəkət etdiyini bildirmişdir. Avtomobildə tək olduğunu və hərəkət sürətinin təxminən 55 km/saat olduğunu qeyd etmişdir. Nizamlanmayan yolayrıcına daxil olarkən, yolun Nəsimi küçəsi ilə kəsişən hissəsindən Ş.Qurbanov küçəsinə istiqamətlənən “QAZ 21015” markalı avtomobilin yüksək sürətlə yola daxil olduğunu müşahidə etmişdir. Toqquşmanın qarşısını almaq üçün avtomobili yolun sol tərəfinə çəkməyə çalışsa da, “QAZ 21015” markalı avtomobilin sürətlə yola çıxması səbəbilə bu mümkün olmamış və nəticədə onun idarə etdiyi avtomobilin ön sol tərəfi ilə “QAZ 21015” markalı avtomobilin sol tərəfi toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil yolun sol hissəsində dayanmışdır. Toqquşma nəticəsində “QAZ 21015” markalı avtomobil yolun sol hissəsindəki zibil qutularına çırpılmış və zibil qutularını aşırmışdır. O, dərhal avtomobildən düşərək qarşı avtomobilə yaxınlaşmış və qabaq sağ oturacaqda əyləşən bir nəfərin alın hissəsində qan olduğunu görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş və o, izah etmişdir ki, hadisə baş verən anda ayıq vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, **-KF-*** dövlət qeydiyyat nişanlı, “QAZ 21154” markalı avtomobil onun dayısı Füzuli Rəhimova məxsusdur və avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2025-ci il tarixində, şəxs dayısı Füzuli Rəhimovla birgə “Kənd evləri” yaşayış massivindən qohum evinə getmək üçün avtomobildə olmuşdur. Dayısı onun yanında sərnişin qismində əyləşmişdir. Saat 14 radələrində Nəsimi küçəsindən Ş.Qurbanov küçəsinə doğru hərəkət etdikləri vaxt Ş.Qurbanov küçəsində 5 nömrəli məktəb istiqamətində hərəkət edən “Toyota Corolla” markalı avtomobil yüksək sürətlə yolayrıcına daxil olmuşdur. Yolayrıcında heç bir yol nişanı olmadığından və sağ yol boş olduğundan şəxs hərəkətini davam etdirmiş və təxminən 30 km/saat sürətlə hərəkətdə olmuşdur. Lakin “Toyota Corolla” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirmiş və nəticədə idarə etdiyi “QAZ 21154” markalı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən “QAZ 21154” avtomobili yolun kənarındakı zibil qutularına dəymişdir. Özü və dayısı yüngül dərəcəli bədən xəsarəti almışdır. Son olaraq qeyd etmişdir ki, Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir və heç bir şiyayəti yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan ekspertiza rəyindən görünür ki, X2 oglunun bədən səthində aşkar olunan xəsarətlər-sağ qaşüstü nahiyədə əzilmiş-cırılmış yara, hər iki paraorbital nahiyədə qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 mart 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/855 saylı rəyində göstərilmişdir ki, 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Corolla markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 55 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı təlıblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyun 2025-ci il tarixli qərarından görünür ki, Sürücülər Zərərçəkmiş şəxs və Şəxs əməllərində cinayət tərkibi yaranmadığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci və ya 263.1-1 maddələri ilə cinayət təqbinin başlanmasaı rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılıq hisii keçirdiyini, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı şikayət və tələbinin olmaması, hadisə nəticəsində xəsarət almış şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-783/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-783/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver