Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-784/2023 21.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1966-cı ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs X4 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X5 ilə münasibəti normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Onun qızı X1 Balaxanım Oqtay qızının qardaşı Rəşad Abbasovla evlidir. Hal-hazırda nəvəsinin səhhəti yaxşı olmadığı üçün əri ilə birlikdə Bakı şəhərində xəstəxanadadır. Qızı Gülmayə ilə baldızı Balaxanım arasında mütəmadi olaraq mübahisələr yaranmış və Balaxanım qızı Gülmayəni tez-tez narahat etmişdir. Mübahisələrə səbəb isə nəvəsinin xəstə olması və onun maddi vəziyyətinin olması, nəvəsini müalicəsi üçün maddi yardım göstərə bilməməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə qızı Gülmayə Abbasova ona zəng etmiş, Balaxanım Abbasovanın və Balaxanımın anası Həlimə Abbasovanın əlindən bezdiyini, mütəmadi olaraq onu narahat etdiklərini bildirmişdir. Bundan sonra o, Balaxanım Abbasovanın yaşadığı Şirvan şahəri Vidadi küçəsində yerləşən ünvanına getmiş, qapını döymüş və evden Balaxanım Abbasova və Balaxamımın qaynanası Əminə Abbasova çıxmışdır. Daha sonra onu evə dəvət etmişlər və o evə daxil olmuşdur. Evə daxil olduqdan sonra söhbət əsasında aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Balaxanim Abbasova müdaxil etmiş və o, Balaxanıma kiçik olduğunu, evdə böyüklərin söhbət etdiyini bildirmişdir. Həmin vaxt sağ əli ilə Balaxanımı itələyən zaman əli Balaxanımın ağız nahiyəsinə dəymiş və Balaxanımın ağzından qan axmışdır. Bundan sonra Əminə Abbasovaya gəlininə sahib çıxmasını söyləmiş və evdən çıxaraq yaşadığı ünvana getmişdir. Daha sonra polis əməkdaşları izahatının alınması üçün onu polis şöbəsinə dəvet etmişlər. Balaxanım Abbasova ilə aralarında mübahisə Şirvan şəhəri, Vivadi küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş, həmin vaxt yanında Əminə Səlimova olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, Şəxs qızı Gülmayə Abbasova onun qardaşı Rəşad Abbasovun arvadıdır. Qardaşı Rəşadın oğlu xəstə olduğu üçün Bakı şəhərində müalicə alır. Bir müddət bundan əvvəl Gülmayə ilə qardaşı Rəşadın arasında mübahisə olmuş və onlar ayrılmışlar. Lakin bir qədər keçdikdən sonra yenidən barışmışlar. xx.xx.2023cü il tarixdə axşam təxminən saat 20 radələrində evdə olan zaman Şəxs onun yaşadığı evə gəlmiş, həmin vaxtı evdə o və qaynanası Əminə Səlimova olmuşdur. Həmin vaxt əri X12 evde olmamışdır. Bundan sonra Şəxs qapını döymüş və o, qapını açmışdır. Daha sonra o Şəxs evə dəvət etmiş, Zakir içəri daxil olan kimi qaynanası Əminə Səlimovanı çağırmış və onlarla söhbət edəcəyini bildirmişdir. Bir nüçə dəqiqə keçdikdən sonra qaynanası onların yanına gəlmiş, sonra Zakir heç bir səbəb olmadan onu söyüb-təhqir etməyə başlamışdır. O, Zakirdən nə səbəbə təhqir etdiyini soruşmuş, Zakir ona cavab olaraq qızı Gülmayəni narahat etdiyini, qızının ailə məsələsinə qarışdığını bildirmişdir. Bundan sonra aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Şəxs onun üz nahiyəsinə iki dəfə sillə zərbəsi endirmiş və onun ağzından qan gəlməyə başlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 194 saylı məhkəmə-tibbi rəyindən görünür ki, X3 üst dodağında 1,5x0,5 sm ölçüdə əsasən ətraf zədələnməyən dəri səviyyəsində səthi qonurtəhər-qırmızı rəngdə sıyrıq var. Digər xəsarət aşkar olunmadı. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. ünvan 1-də yaşayan X13 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq, arvadı Aynurun qonşusu Zakir adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, şəxsin yaşı iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-784/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-784/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver