Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-787/2025 12.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİnin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tənbeh edilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı tərəfindən Şirvan şəhər Məhkəməsinə şikayət verilmişdir. Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Buna baxmayaraq həmin qərar üzrə edilmiş cərimə elektron sistemdən silinməmiş, bu barədə DİN-ə müraciət edilsə də, müraciətə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla bağlı Şirvan Şəhər Məhkəməsinin qərarı Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada daxil olduqdan sonra müvafiq tədbirlər görüləcəkdir. Lakin iş materiallarına əlavə olunmuş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025ci il tarixli, 3(032)-369/2025 saylı qərarı 05 may 2025-ci il tarixində Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə daxil olmuş və orqanın nümayəndəsi Ə.Bədəlov tərəfindən təhvil alınmışdır. Bundan sonra X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından 25 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən şikayət verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, səlahiyyətli orqanın Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından şikayət vermə müddəti 16 may 2025-ci il tarixdə bitmiş, səlahiyyətli orqanın nümayəndəsi prosessual müddətə əməl etməmiş, qərarın surəti rəsmi olaraq alındığı gündən 10 gün müddətində deyil, həmin müddət başa çatdıqdan 8 gün sonra apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-294/2025 saylı qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün yəni ötürülmüş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatət verilməsi üçün 10 (on) gün müddət müəyyən edilmişdir. X4 Nazirliyi Baş X6 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən ötürülmüş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatət verilməmişdir. Bundan sonra 15 iyul 2025-ci il tarixdə poçt vasitəsi ilə ona xx.xx.2025-ci il tarixli qərar təqdim edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə xx.xx.2025ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən araşdırıması üçün səlahiyyətli orqana göndərilmiş, həmin qərar üzrə yenidən araşdırma aparılmış və T.Hüseynova İXM-nin 329.1-ci maddəsi ilə yenidən tənbeh edilmişdir. Halbuki, Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Səlahiyyətli orqan isə həmin qərarı təhrif edərək öz qərarında guya məhkəmənin “inzibati xəta haqqında işin yenidən araşdırıması üçün səlahiyyətli orqana göndərilməsi” qənaətinə gəldiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini, Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət verən şəxs X2 və qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 3(032)-369/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilərək, X1 barəsində Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərinə yerinə yetirilməsi üçün yəni ötürülmüş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatət verilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 3(106)-294/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə çıxarılmış qərarın nəticəvi hissəsinə dair “Azemis” Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, apellyasiya şikayəti baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-xx-xx/7474/25 saylı məktubunda qeyd edilmişdir ki, “Hyundai” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusu törədilməsinə görə xüsusi texniki vasitənin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barənizdə çıxarılmış EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunaraq inzibati xəta haqqında işə yenidən baxılmasına dair Şirvan şəhər Məhkəməsinin müvafiq qərarına baxılmasının nəticəsi barədə qərarın surəti Sizə göndərilir”. İş materiallarına əlavə edilmiş 16/1-110776 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Baş X6 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən “Hyundai” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X2 barəsində çıxarılmış EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Şirvan şəhər Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibti xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və inzibati işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Telli Hüseynova şikayət vermiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə şikayət təmin edilərək, X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. İnzibati orqan tərəfindən Şirvan şəhər Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün yəni ötürülmüş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatət verilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, inzibati orqanın vermiş olduğu apellyasiya şikayəti sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə baxılmamış saxlanılmışdır. Göründüyü kimi artıq Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)- 369/2025 saylı qərarı hüquqi qüvvəsini almışdır. Yəni artıq preyudisial əhəmiyyət daşıyan qərar olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.” İşin digər halı isə ondan ibarətdir ki, inzibati orqan Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə razılaşmır və həmin qərardan 23 may 2025-ci il tarixdə apellyasiya şikayəti verir. Yuxarıda qeyd edildiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, inzibati orqanın vermiş olduğu apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-294/2025 saylı qərarı ilə baxılmamış saxlanılır. Həmçinin Baş X6 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən xx.xx.2025-ci il tarixli 16/1-110776 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibti xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi inzibati orqan Şirvan şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(032)-369/2025 saylı qərarı ilə razı olmadığı halda həm apellyasiya şikayəti verir, həm də həmin qərar əsasında yenidən inzibati xəta haqqında işə baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş X6 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən xx.xx.2025-ci il tarixli 16/1-110776 nömrəli qərarın qəbul edilməsinə əsas kimi “Hyundai” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X2 barəsində çıxarılmış EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Şirvan şəhər Məhkəməsinin müvafiq qərarı olduğu qeyd edilmişdir. Məhkəmə xatırladır ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-369/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, X1 barəsində Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26340027 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Yəni məhkəmə qərarı yenidən araşdırılması üçün inzibati orqana qaytarılmamışdır. Göründüyü kimi inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli 16/1-110776 nömrəli qərar qəbul edilərkən, iş üzrə movcud olan Şirvan şəhər Məhkəməsinin 3(032)-369/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı təhrif olunmaqla qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-110776 nömrəli inzibati tənbeh vermə haqqında qərar iş üzrə qanuni qüvvəsini almış mövcud qərar olmasına baxmayaraq qəbul edildiyndən, həmçinin qərar qəbul olunarkən Şirvan şəhər Məhkəməsinin 3(032)-369/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı təhrif olunmaqla qəbul edildiyindən əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli (16/1-110776 nömrəli) inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli (16/1-110776 nömrəli) inzibati tənbeh vermə haqqında qərar əsassız hesab edilərək ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-787/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-787/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver