Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-79/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad ryonu, Minbaşı Ərazi Dairəsi, Qarağac kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:40 radələrində «Toyota Prius (Hıbrıd)» minik markalı ** YN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti nişanlarının tələblərinə riayət etməyərək Şirvan şəhəri H.Əliyev prospektində «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuş, nəticədə «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması 29 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X4 29 yanvar 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 13:40 radələrində etibarnamə ilə idarə etdiyi «Toyota Prius (Hıbrıd)» minik markalı ** YN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri N.Nərimanov küçəsindən H.Əliyev prospektinə daxil olan zaman 2.5 stop yol nişanına məhəl qoymayaraq yol ayırıcına daxil olmuş və nəticədə baş yolda hərəkətdə olan «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsindən vurmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış və sərxoş olmamışdır. Dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında 29 yanvar 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş BOKT "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MLM 0518/2024 nömrəli etibarnamənin surətindən görünür ki, BOKT "xxxx" MMC-yə məxsus olan «Toyota Prius (Hıbrıd)» minik markalı, tip:Xetçbek, bank:JTDKN3DU2D1658489, buraxılış ili:2013, ağ rəngli AZ **-YN-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil Şəxs və X1 tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi idarə edilməsinə etibar edilmişdir. BD seriyalı 535762 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş ƏN-Vİ seriyalı 999419 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin mülkiyyətçisi X8 tərəfindən X5 8 il 8 ay 23 gün müddətinə verilib və xx.xx.2033-cü il tarixədək qüvvədədir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 29 yanvar 2025-ci il tarixli rəy aktından görünür ki, «Nissan Sunny» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 435 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Zərərçəkmiş şəxsə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-79/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-79/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver