Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-791/2023 03.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 iyun 2023-cü il tarixdə saat 00:30-da şəhər ərazisində ucadan səs-küy salmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 26 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Daevo Neksia” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 2023-cü ilin aprel ayında avtomobilinin son texniki baxışdan keçirmək müddəti bitmişdir. Buna görə də avtomobilini idarə edən zaman onun dövlət qeydiyyat nişanlarını çıxarmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində özünə məxsus avtomobil ilə Şirvan şəhəri, Xəqani küçəsində hərəkətdə olmuşdur. Bu vaxt avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, etdiyi qayda pozuntusunu izah etmişlər. Bundan sonra polis əməkdaşlarına avtomobilin texniki baxışdan keçmədiyi üçün və cərimə olunmaqdan yayınmaq istədiyi üçün avtomobilin qeydiyyat nişanlarını sökmüşdür. Belə ki, onun 600 manat inzibati cəriməsi var. Bundan sonra polis əməkdaşları ona göstərdiyi səbəbin qayda pozmaq üçün əsas olmamasını demişlər. Sonra əsəbləşərək uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları ona irad bildirib ünvansız küçə söyüşləri söyməməyini dedikdə polis əməkdaşlarını nalayiq söyüşlərlə təhqir etmişdir. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvətə etdikdə tabe olmamış, intihar etmək məqsədi ilə avtomobilin arxa baqaj hissəsindən içərisində benzin olan bir ədəd plastik qabı götürmüş və üzərinə tökməyə başlamışdır. Polis əməkdaşları onu skaitləşdirmiş və Şirvan şəhər polis şöbəsinə gətirmişdirlər. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində “Mercedes C300” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olarkən Şirvan şəhəri,Xəqani küçəsində dövlət qeydiyyat nişanları üzərində olmayan “Daevo” markalı avtomobil tərəfindən aşkar edilmiş. Ona saxla əmri verib sürücüyə yaxınlaşdıqda qayda pozmasının səbəbini soruşmuş, ətrafda çoxlu kənar şəxslər olmuş, o isə əsəbi halda “cəriməyə görə açmışam” demiş və onunla kobud şəkildə mübahisə etməyə başlamışdır. Bundan sonra həmin şəxs uca səslə ünvansız küçə söyüşləri söyməyə və onları təhqir etməyə başlamışdır. Dəfələrlə həmin şəxsi intizama dəvət etsə də qanunu tələblərinə dəfələrlə qəsdən tabe olmayaraq ünvansız söyüşlər söyməyə və onları təhqir etməyə başlamışdır. Bundan sonra həmin şəxs avtomobilin baqaj hissəsindən bir ədəd plastik qab götürərək üzərinə benzin tökmüş və özünü yandıracağını demişdir. Həmin şəxs benzini maşının üzərinə, hətta polis əməkdaşlarının üzərinə də tökmüşdür. Dəfələrlə həmin şəxsi etdiyi əməldən çəkindirmək istəsə də qanuni tələblərinə məhəl qoymamışdır. Hadisə yerinə PPXB-nin əməkdaşlarını dəvət edərək həmin şəxsin Şirvan ŞPŞ-yə gətirilməsini təmin etmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 26 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 26 may 2023-cü il tarixdə, saat 00:30-da şəhər ərazisində ucadan səs-küy salması, polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:30-da azad edilmişdir. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan xx.xx.2023-cü il tarixində Polis Şöbəsində olacağı barədə müvafiq iltizam alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində “Mercedes C300” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olarkən Şirvan şəhəri,Xəqani küçəsində dövlət qeydiyyat nişanları üzərində olmayan “Daevo” markalı avtomobil tərəfindən aşkar edilmiş. Ona saxla əmri verib sürücüyə yaxınlaşdıqda qayda pozmasının səbəbini soruşmuş, ətrafda çoxlu kənar şəxslər olmuş, o isə əsəbi halda “cəriməyə görə açmışam” demiş və onunla kobud şəkildə mübahisə etməyə başlamışdır. Bundan sonra həmin şəxs uca səslə ünvansız küçə söyüşləri söyməyə və onları təhqir etməyə başlamışdır. Dəfələrlə həmin şəxsi intizama dəvət etsə də qanunu tələblərinə dəfələrlə qəsdən tabe olmayaraq ünvansız söyüşlər söyməyə və onları təhqir etməyə başlamışdır. Bundan sonra həmin şəxs avtomobilin baqaj hissəsindən bir ədəd plastik qab götürərək üzərinə benzin tökmüş və özünü yandıracağını demişdir. Dəfələrlə həmin şəxsi etdiyi əməldən çəkindirmək istəsə də qanuni tələblərinə məhəl qoymamışdır. Hadisə yerinə PPXB-nin əməkdaşlarını dəvət edərək həmin şəxsin Şirvan ŞPŞ-yə gətirilməsini təmin etmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati xəta törətmiş Şəxs xx.xx.2023-cü il tarix, saat 01:00-dan xx.xx.2023-cü il tarixə, saat 10:30-a qədər inzibati qaydada tutulması nəzərə alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-791/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-791/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver