Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-8/2023 11.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ xx.xx.1983-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X7 şəhər Məhkəməsinin 2(032)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2006-cı il tarixdə anadan olmuş Əliyev mehdi Mehman oğlunun, 13 mart 2010-cu ildə anadan olmuş X1 və X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Hazırda borcu tamamilə ödəmək üçün maddi imkanı yoxdur, heç bir yerdə işləmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən borclular Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Bugünə ödənilməyən 5500 manat aliment borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara və özünün verdiyi izahatında göstərdiyi kimi aliment borcun ödəməmişdir və bununla əlaqədar barəsində axtarış qərarı verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki: Əliyev X7 şəhər Məhkəməsinin 2(032)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X2 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması və şəxsin uzun müddət qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsindən icrasından boyun qaçırmasını, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 yanvar 2023-cü il tarixdən, saat 11:15-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-8/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-8/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver