Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-8/2024 02.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18643503 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə müəyyən etdi : X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18643503 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 54 km/saat həddində aşmağına dair təqsirli bilinərək qərar verilmişdir. O, Şirvan şəhəri 1 May küçəsi ilə hərəkət edərkən, qərar onun mobil telefonuna mesaj formasında gəldikdə, ilk olaraq həmin vaxt onunla üzbəüz qarşılıqlı yolda hərəkət edən "E- Patrol" DYP avtomobili tərəfindən cərimənin tətbiq edildiyi ehtimalını başa düşmüşdür. Və ona məxsus “Chevrolet Aveo" markalı **-LX-*** dövlət nömrə nişanlı avtomobilimi irəlidə olan yolun dönmə hərəkət zolağında dönmə hərəkətini edərək "E-Patrol" DYP avtomobilinin arxasınca sürərək, avtomobilimin ön faralarının işığından yandırıbsöndürməklə avtomobilin saxlanmasını xahiş etmişdir. "E-Patrol“ DYP avtomobili yolun sağ tərəfinə çəkərək saxlamış və onun tərəfindən DYP əməkdaşlarına yaxınlaşaraq hansı əsaslarla avtomobilinin sürət həddinin aşdığını müəyyən edərək cərimə tətbiq etdiklərini soruşduqda DYP əməkdaşları onlarda bu barədə hər hansı bir məlumat olmadığını və elektron qeydiyyatında məlumat olmadığını bildirmişlər. Onlara bu barədə mobil telefonuna mesaj gəldiyini və Şirvan şəhəri 1 May küçəsi ilə hərəkətdə olarkən 50 krn-lik yolda guya o idarə etdiyi nəqliyyat vasitəsini 104 km-lə sürətlə hərəkət edərək 54 km/saat sürət həddini aşmışdır. DYP əməkdaşları həmin qərarın DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətindən gəldiyini bildirmişlər. Halbuki, həmin yolda sürət həddi 50 km/saat olduğu halda, necə ola bilər ki, o yaşayış massivində saatda 104 km/saatla hərəkət edərək 54 km/saat sürət həddini aşa bilər. Həmin yolda sürətin 50 km/saat olması barədə yol nişanı qoyulmuş və həmin nişan onun tərəfindən riayət olunmaqla sürət həddi aşılmamışdır. Bununla bağlı DYP əməkdaşlarından hər hansı bir sübutun olmasına dair soruşduqda, onlar bu barədə məlumat verə bilməyəcəklərini deyərək acizlik nümayiş etdirmişdirlər. Lakin həmin qərarın məhkəmə qaydasında mübahisələndirməyini tövsiyə etmişlər. Bundan sonra həmin qərarı o, xx.xx.2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin DYPB vasitəsi ilə almışdır. Belə olan halda onun Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinin tələblərinin pozulmasında təqsirli olmağı nə ilə sübuta yetirilir. Həmin halların sübuta yetirilməsi barəsində inzibati xəta haqqında qərar tərtib etmiş tərəfin üzərinə düşür. Göründüyü kimi inzibati xəta haqqında qərar vermiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi həmin halları formal mülahizə əsasında barəsində inzibati xəta haqqında qərar tərtib etmişlər. Həmin yolda radar sistemi olmadığından, hesab edir ki, “E-Patrol” DYP avtomobili tərəfindən tərtib edilmişdir. Hesab edir ki, sözügedən qərar qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş , lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qeyd olunan məsələ ilə bağlı sübutların təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə 08 yanvar 2024cü il tarixdə və 19 yanvar 2024-cü il tarixdə məktublar göndərilmiş lakin sözügedən məktublar cavablandırılmamışdır. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, habelə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, EQ18643503 nömrəli qərara əsasən X3 xx.xx.2023-cü il tarixdə saat 17:19:23-də xətanın yeri olan Şirvan şəhəri 1 May küçəsi 42 GPS:39.9417,48.9128 ərazidə ** LX *** dövlət qeydiyyat nömrəli “Chevrolet Aveo” minik markalı avtomobili ilə hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 54 km/saat həddində aşmış və Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Chevrolet Aveo” minik markalı , ** LX *** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürət həddini aşmamış, faktiki surəti 50 km/saat olmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş video görüntüdən məlum olur ki, hərəkət sürət limiti 50 km/saat olan ərazidə “Chevrolet Aveo” minik markalı , ** LX *** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürət həddini aşmamış, faktiki surəti 50 km/saat olmuşdur və və qanunsuz olaraq cərimə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından,habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən X2 şikayət təmin olunmalı, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18643503 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18643503 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-8/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-8/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver