Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-804/2024 23.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə pulu işləmədiyindən və maddi imkanı olmadığından tələbkara vaxtında ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə tələbkara 450 manat alimnet borcundan ödəniş edilmişdir, odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu alimenti vaxtında ödəmədiyindən 4407 manat aliment borcu vardır. Borcun ödənilməsini tələb etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmyaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, məhkəmə inzibati xəta haqqında protokola onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, borclu Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 100 manat, cəmi 00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Hazırda onun borcu cəmi 4407 manat təşkil edir. Borclu tərəfindən tələbkarın hesabına xx.xx.2024-cü il tarixdə 450 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 20 manat sabit pul məbləğində alimnetin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli 78362/2020-10-1-004 saylı bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra qeydində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkara olan borcu 1 il müddətinə kimi tam şəkildə ödəniş edəcəkdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, tələbkarın hesabına 450 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Şəxs Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-8539 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-11465 nömrəli medalla , Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-69891 nömrəli medalla təltif edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla 80 manat pensiya alır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(032)-482/2023 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(032)-484/2023 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(032)-479/2023 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. İXM-nın: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin : 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-804/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-804/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver