Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-813/2024 23.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu, Ələtli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Vidadi küçəsində yerləşən avtoyuma məntəqəsində su rezin borusunu kəsmiş və su nasosunu kəsərək zədələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, avtoyuma məntəqəsi ona məxsusdur. Obyekti müvəqqəti işlətməsi üçün qardaşı oğlu İbrahimə vermişdir. O, su borusunu kəsməmiş, eləcə də su nasosunun giriş hissəsini zədələməmişdir. Həmin su nasosu və su borusu ona məxsusdur, onun zədələnməsindən heç bir məlumatı olmamış, həmin günü, yəni xx.xx.2024-cü il tarixdə övladı kollecə qəbul olduğu üçün sənədləri təqdim edəcəyindən Bakı şəhərinə getmişdir. Qeyd etdiyi xüsusatların nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhəri, Vidadi küçəsində yerləşən “Avto yuma” məntəqəsini bibisi X1 etibarnamə ilə istifadə etmək üçün ona vermiş, onun etibarnamə əsasında istifadəsində olan “Avto yuma” məntəqəsinin sol hissəsində əmisi Şəxs məxsus çayxana yerləşir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında “avto yuma” məntəqəsinin su anbarına rezin boru vasitəsi ilə su borusundan çəkdikləri xəttin 8-10 metrəsini kesilərək götürüldüyünü həmçinin su nasosunun ağız hissəsinin zədələndiyini su rezin borunun və su nasosunun əmisi tərəfindən kəsilərək görmüşdür. Əmisi Mehman ilə münasibətinin yaxşı olmadığı üçün su rezin borunun və su nasosunun əmirisi tərəfindən kəsilərək zədələnməsindən şübhələnmiş, bu səbəbdən də DİN 102 zəng xidmətinə müraciət etmişdir. Su borusunun kəsilərək oğurlanması nəticəsində 20 manat, su nasosunun isə zədələnməsi nəticəsində ona 80 manat məbləğində ziyan dəymişdir. Daha sonra bu barədə DİN 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Onun polis şöbəsinə müraciətinə səbəb kim tərəfindən su borusunun kəsilməsi, su nasosunun zədələnməsinin araşdırılması ilə bağlı olmuş, lakin əmisindən şübhələndiyi üçün onun adını qeyd etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024 il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında xx.xx.2024-cü il tarixdə etibarnamə ilə istifadə etdiyi Şirvan şəhəri, Vidadi küçəsində yerləşən avtoyuma məntəqəsinə məxsus borunun əmisi Şəxs tərəfindən kəsildiyini və su kasosunun giriş hissəsindən zədələndiyini bildirmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məcəllənin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi əmlakı qəsdən məhv etmə və ya zədələmə bu beş min manatdan yuxarı olmayan miqdarda ziyan vurmaqla törədildikdə İXM-nin 232-1-ci maddəsinin tərkibini yaradır. Məhv etmə əmlakın təsərrüfat dəyərinin itirilməsi, məqsədli təyinatı üzrə istifadənin mümkün olmaması, tam yararsız vəziyyətə salınması, yəni təmirlə və ya başqa üsulla bərpa etmənin mümkün olmaması deməkdir. Zədələmə isə, əmlakın vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi, istifadəyə qismən yararsız olması, yəni zədələnmiş əmlakın təmir etməklə və ya sair üsulla bərpası mümkün olur. İş materiallarından göründüyü ki, protokolu tərtib etmiş şəxs Şəxs tərəfindən qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərkən hər hansı araşdırma aparılmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara istinad edilmişdir. Həmin qərarın məzmunundan isə təhqiqatçının mötəbər sübut kimi yalnız Zərərçəkmiş şəxs ərizəsinə istinad etməklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrinin tərkibi olması qənaətinə gəldiyi və qərarın surətinin qeyd olunan əsasla müvafiq tədbir görülməsi üçün aidiyyəti orqana göndərildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs əmlaklarının talanmasını təsdiq edən və təqsirini müəyyən edən kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, aparılmış təhqiqat araşdırılması zamanı zərərçəkmiş şəxs izahatında əmisi ilə münasibətinin yaxşı olmadığı üçün ondan şübhə etməsini bildirmiş, lakin onun təqsirini müəyyən edən hər hansı bir sübut əldə etməmişdir. Bütün bu hallar isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olması barədə şübhələr yaradır və bu şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232- 1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232- 1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrdə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-813/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-813/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver