Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-819/2024 09.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun böyük köməkçisi X4 iştirakı ilə , xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan “Azərsilah” X3” QSC “X2 Müəssisəsi MMC-nin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexinin rəisi Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs (FİN xxxxxxx) texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni “Azərsilah” X3” Qapalı Səhmdar Cəmiyyəti “X2 X1 Cəmiyyətinin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexinin rəisi vəzifəsində işləyərkən pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçilərin onlara toxunmasını istisna edən qoruyucu vasitələrlə təmin etməməklə İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST-nin (Dövlət standartının) 1.2-ci bəndinin 5, 8-ci abzalarının, 2.1.5-ci bəndinin, həmçinin işlərin düzgün təşkili və təhlükəsiz aparılmasını təmin etmədən, yəni xüsusi kurs keçməmiş, nəzəri bilikləri yoxlanılmamış işçi Zərərçəkmiş şəxs pres dəzgahında işləməsinə yol verdiyinə görə “Hidravlik presdə işləyən işçilər üçün təhlükəszilik texnikası üzrə 034 nömrəli Təlimat”ının 1, 6, 7-ci abzaslarının, “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.1, 3.4, 3.8-ci bəndlərinin və əməyin mühafizəsi qaydalarının tələblərini pozması nəticəsində MMC-nin 6 saylı sexinin İV dərəcəli presləyicisi Zərərçəkmiş şəxs 01 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən “Azərsilah” X3” Qapalı Səhmdar Cəmiyyəti “X2 X1 Cəmiyyətinin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexində pres dəzgahında qumbaraatının dibini gövdəyə pərçimlənməsi əməliyyatını icra edərkən sol əli pres dəzgahında qalmış və sonuncunun sol əlin İl barmağın vətərin kəsilməsi və daraq sümüyünün sınığı xəsarəti almaqla sağlamlığın uzun müddətə pozulmasına sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, Şirvan şəhər prokurorluğunun nümayəndəsinin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, ekspert rəyləri, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Azərsilah” X3” QSC “X2 Müəssisəsi MMC-nin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexinin rəisi Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarla və tibbi-ekspertizanın rəyi ilə razı deyil. O, öhdəliyinə düşən bütün vəzifələri icra etmişdir. İşçilərin biliklərinin yoxlanılması jurnalı bir ildən bir yazılır, həmçinin onların bilikləri də yoxlanılıb. Sözügedən hidravlik presin pasportunda da qeyd edildiyi kimi dəzgahın bir qoruyucu vasitəsi var, o da qapağıdır, qapaq da yerindədir. O, iş görülərkən dəzgahın qapağı yerində olduğunu, işçilərin xüsusi geyimlə təchiz olunduğunu, hadisənin zərərçəkmiş şəxsin öz günahı ucbatından baş verdiyini bildirirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 01 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən “Azərsilah” X3” Qapalı Səhmdar Cəmiyyəti “X2 X1 Cəmiyyətinin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexində pres dəzgahında qumbaraatının dibini gövdəyə pərçimlənməsi əməliyyatını icra edərkən sol əli pres dəzgahında qalmış, nəticədə o xəsarət almışdır. Hadisə onun təqsiri ucbatından baş vermişdir, belə ki, o həmin vaxt fikirli olmuşdur. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun böyük köməkçisi X6 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş : Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 15/k nömrəli əmrinin surətindən görünür ki, Şəxs - xx.xx.2023-cü il tarixdən etibarən 5 saylı sexin mühəndis texnoloq vəzifəsindən azad edilərək, 6 saylı sexə 3 ay sınaq müddəti müəyyən edilməklə 756,00 manat vəzifə maaşı ilə rəis vəzifəsinə (işçinin razılığı ilə) keçirilmişdi Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-də sex rəisi vəzifəsində çalışır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin sex rəisinin vəzifə təlimatının surətindən görünür ki , 1.1 Sex rəisi ali - texniki təhsilli və 2 ildən az olmayaraq iş stajı və ya orta ixtisas təhsili və yaxud istehsalatin operativ idarə olunması üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxs təyin edilir. Bu vəzifə rəhbər kateqoryasına aiddir. 2.1 İSO 9001;2008 standartı əsasında işlənmiş və təbiq edilmiş keyfiyyətə idarə etmə sisteminin tələblərinə əməl etmək; 2.2 Müəssisənin əsas istehsalatını texnooloji dəstlərlə (ştaplar, pres formalar, tərtibatlar, konduktorlar, kəsici alətlər, xüsusi təniyantlı, ölçü cihazları, təmin etmək; 2.11 Əməyin mühafizəsi , texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına və normalarına riayət etmək; 3.1 İşlərin düzgün təşkili və təhlükəsizlik aparılmasını ,avadanlıqların , mexanizm və alətlərin ,nəzarət ölçü cihazları və mühafizə vasitələrinin istismarını və iş yerlərinin lazımı səviyyədə saxlanılmasını təmin edir ; 3.4 İşçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrini, təhlükəsiz iş üsullarının tətbiqini təmin edir; 3.5 əmək şəraitinin vəziyyətinə daim nəzarət edir; 3.8 Fəhlələrin biliklərinin yoxlanılması qrafiklərini tərtib edir və biliklərin yoxlanılmasında iştirak edir. 5.1 Bu təlimatda nəzərdə tutulan əsas vəzifə və funksiyaları yerinə yetirilməməsinə görə; 5.4 Əmək qanunvericiliyində əmək və icra intizam haqqında qaydalara əməl edilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ,18 nömrəli əmrin surətindən görünür ki,
1. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsinə nəzarətə cavabdeh şəxs direktor müavini (ƏM,TT və YM rejim , mühafizə və kadr məsələri üzrə) Ş.Ə.Nəhmədova təyin edilsin.
2. 6 saylı sexin rəisi Şəxs sex və sahələr üzrə cavabdeh şəxslər təyin edilsin. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 44/k nömrəli əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs -xx.xx.2016-cı il tarixdən TNŞ-nə 3 aylıq müqavilə yolu ilə nəzarətçi şagirdi peşəsinə işə qəbul edilmişdir. Əmək haqqı təlimin 1-ci və 2-ci aylarında 1-ci dərəcəli vaxtamuzd fəhlənin tarif maaşının 75 %-i və 3-cü ayında isə 80% həcmində ödənilsin. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 353 №-li rəyinin surətindən görünür ki , Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol əlin İİİ barmağın vətərin kəsilməsi və daraq sümüyünün sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 iyul 2024-cü il tarixdə sol əlin presləyici aparatda qalması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5710 №-li rəyinin surətindən görünür ki, İ. Qərarın birinci və üçüncü sualları üzrə ; Baş vermiş hadisə ilə əlaqədar, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nın (Dövlət Standartının) 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1.5-ci bəndinin, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə” nin 4-cü bəndinin, "Hidravlik presdə işləyən işçilər üçün təhlükəsizlik texnikası üzrə 034 №-li Təlimat" ın 1, 6, 7-ci abzaslarının və “Sex rəisinin Vəzifə təlimatı”nın 3.1, 3.4, 3.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Müdafiə Sənayesi Nazirliyi Telemexanika Zavodunun 6 saylı sexində pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçilərin onlara toxunmasını istisna edən qoruyucu vasitələrlə təmin edilmədiyinə görə, İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri, 12.2.003-91 DÜST”-nın (Dövlət Standartının) 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1.5-ci bəndinin tələbləri sexdə istifadə olunan avadanlıqların təhlükəsiz istismarına cavabdeh olan şəxs (lər) tərəfindən pozulmuşdur (konkret şəxş(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). İşlərin düzgün təşkili və təhlükəsiz aparılması təmin edilmədən, yəni xüsusi kurs keçməmiş, nəzəri bilikləri yoxlanılmamış işçi Zərərçəkmiş şəxs pres dəzgahında işləməsinə yol verildiyinə görə, “Hidravlik presdə işləyən işçilər üçün təhlükəsizlik texnikası üzrə 034 №-li Təlimat”ının 1, 6, 7-ci abzaslarının və “Sex rəisinin Vəzifə Təlimatı” nın 3.1, 3.4, 3.8-ci bəndlərinin tələbləri Müdafiə Sənayesi Nazirliyi Telemexanika Zavodunun 6 saylı sexinin rəisi tərəfindən pozulmuşdur. İl. Qərarın ikinci sualı üzrə. İş materialında qumbaraatanların yığılmasına dair reqlament tələbləri olmadığına görə, qərarın ikinci sualı üzrə tədqiqat aparılmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin 6 saylı sexin “İşçilərin biliklərinin yoxlanılmasının qeydiyyatı jurnalı”nın surətinə baxış keçirilmişdir. Baxış zamanı jurnalın üz qabığında başlanğıc tarixi xx.xx.2020-ci il tarix göstərilmiş, jurnada olan biliklərin yoxlayan komissiyanın iclası haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, yoxlamanın nəticəsi olaraq əvvəlki yoxlamanın tarixi xx.xx.2023-cü il göstərilmişdir. Təqdim edilmiş jurnalda olan məlumatlarda (tarixlərdə) ziddiyyətlər müəyyən olunduğundan sübut qismində məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə asasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəməc işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs “Azərsilah” X3” QSC “X2 Müəssisəsi MMC-nin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə
qərara aldı:
“Azərsilah” X3” QSC “X2 Müəssisəsi MMC-nin Telemexanika idarəetmə şöbəsinin 6 saylı sexinin rəisi Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan pellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli