Məhkəmə qərarları › İş №3(032)-829/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-829/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-829/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılması haqqında Şirvan şəhər Məhkəməsinin 3(032)-829/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarına xitam verilməsi barədə verdiyi ərizəsinə baxaraq, müəyyən etdim: Şəxs ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılması haqqında Şirvan şəhər Məhkəməsinin 3(032)-829/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Şirvan şəhər Məhkəməsinin 3(032)-829/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs tərəfindən 500 (beş yüz) manat cərimə məbləği və 300 (üç yüz) manat dəbbə pulu olmaqla, ümumi 800 (səkkiz yüz) manat məbləğini Daxili İşlər Nazirliyinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ödəniş qəbzlərindən görünür ki, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə məhkəmə müəyyən etdi ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmış, daha sonra inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-829/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 152-ci maddələrini rəhbər tutaraq, qərara aldi: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 1 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-829/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilsin . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar