Məhkəmə qərarları › İş №3(032)-83/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-83/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-83/2025 25.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid2, Şahid1 və Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata Şirvan Şəhər Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixli, 3(032)-594/2024 saylı qərarla hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Şahid2, Şahid1 və Şahid3 fiziki şəxs X1 işçiləridir. X4 ********** saylı VÖEN əsasında rəsmi qeydiyyata alınmış və fəaliyyət göstərir. Onun müəssisəsinin əməkdaşlarının "xxxx" MMC adı altında qeydiyyata alınmaları onunla aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, 01 saylı Daşıma Müqaviləsinə əsasən malların və yüklərin daşınmasına dair aralarında əldə edilmiş razılığa əsasən təmin edilmişdir. Həmin zamanlar işğaldan azad edilmiş ərazilərə malların və yüklərin göndərilməsi planlaşdırılsa da, sonradan buna ehtiyac olmamış və mallar göndərilməmişdir. Lakin 3 əməkdaşın icazəsinin silinməsi mümkünsüz olmuşdur. Belə ki, həmin vaxtlar heç kəs tərəfindən göstəriş və xəbərdarlıq edilməmiş, onların icazələrinin silinməli olduğunu bildirməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-414/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-594/2024 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3(032)-594/2024 saylı Şirvan Şəhər Məhkəməsinin qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-594/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarından inzibati xəta üzrə protokol tərtib etmiş səlahiyyətli orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin rəisi İslam Həsənzadə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin rəisi X6 şəhər Məhkəməsinin 3(032)-594/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsni xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Şahid2, Şahid1 və Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-20/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-594/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmışdır. 31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata dair qaytarılmış material icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixli, 3(032)-83/2025 saylı qərardadla "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxılması müddəti bir ayadək uzadılmışdır. 12 fevral 2025-ci il tarixli əlavə məlumatların tələb edilməsi haqqında qərardad qəbul edilmiş və həmin qərardadda AR İXM-nin 83.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şahid2, Şahid1 və Şahid3 izahatlarının alınaraq Şirvan Şəhər Məhkəməsinə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə "xxxx" MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bundan başqa Şahid2, Şahid1 və Şahid3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə "xxxx" MMC-nin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndələrinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şahid2, Şahid1 və Şahid3 izahatları alınaraq Şirvan Şəhər Məhkəməsinə təqdim edilməsi tələb edilsə də, sonuncuların izahatları məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC əvvəllər məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, Şahid2, Şahid1 və Şahid3 fiziki şəxs X1 işçiləridir. X4 ********** saylı VÖEN əsasında rəsmi qeydiyyata alınmış və fəaliyyət göstərir. Onun müəssisəsinin əməkdaşlarının "xxxx" MMC adı altında qeydiyyata alınmaları onunla aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, 01 saylı Daşıma Müqaviləsinə əsasən malların və yüklərin daşınmasına dair aralarında əldə edilmiş razılığa əsasən təmin edilmişdir. Həmin zamanlar işğaldan azad edilmiş ərazilərə malların və yüklərin göndərilməsi planlaşdırılsa da, sonradan buna ehtiyac olmamış və mallar göndərilməmişdir. Lakin 3 əməkdaşın icazəsinin silinməsi mümkünsüz olmuşdur. Belə ki, həmin vaxtlar heç kəs tərəfindən göstəriş və xəbərdarlıq da edilməmiş, onların icazələrinin silinməli olduğunu onlara bildirməmiş və hazırda bu cərimə ilə üz-üzə qalmışlar. Göründüyü kimi burada onların birmənalı şəkildə inzibati məsuliyyətləri yoxdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin məsləhətçi baş əmək müfəttişi Nümayəndə əvvəllər məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Qarabağ və X5 rayonlarına” giriş portalı ilə müəyyən edilmişdir ki, cari ilin aprel ayının 24-dən iyun ayının 30-a kimi "xxxx" MMC tərəfindən 3 nəfər işçilər “Qarabağ və Şərqi Zəngəzurda” iş görmək üçün cəlb edilmişdirlər. Onların sistemində iş üçün icazə almalarına baxmayaraq, bu mahiyyətlə faktiki olaraq onlarla "xxxx" MMC arasında heç bir əmək müqaviləsi bağlanılmamışdır. Mərkəzi İcra Hakimiyyəti orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 3 şəxs 2 ay müddətinə işə cəlb ediliblər. Lakin faktiki olaraq həmin şəxslərlə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Bu səbəbdən də həmin şəxslər "xxxx" MMC-nin işçilər hesab edirmirlər. Eyni zamanda əmək müqaviləsi bildirişi əmlak və akt məşğulluğun sisteminə daxil edilməyib. Buna görə də "xxxx" MMC-nin vəzifəli şəxsi Fikrət Eyvazov Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsi barədə protokol tərtib edilmişdir. Hüquqi şəxs "xxxx" MMC oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldıqları şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli 3-17-5/2-30906/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. İnzibati Xəta haqqında protokola əlavə edilmiş icazə ilə bağlı müraciətdən görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə tarixədək Şahid2, Şahid1 və Şahid3 iş icazəsi ilə bağlı müraciət edilmişdir. Çıxarışda icazənin səbəbi barədə məlumat göstərilməmişdir. Fiziki şəxs X4 (VÖEN **********) ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 01 saylı Daşıma müqaviləsi bağlanmış, müqaviləyə əsasən malların və yüklərin daşınmasına dair aralarında razılaşma olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Məcəllənin 12.1-ci maddəsinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, sonuncunun “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid2, Şahid1 və Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati orqan tərəfindən "xxxx" MMC-yə məktub ünvanlanaraq 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən manitorinq aparıldığı və manitorinqin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldıqları şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, protokolun tərtib edilməsində bir sıra ciddi qanun pozuntularına yol verilmişdir. İş üzrə araşdırma yarımçıq aparılaraq işin halları hərtərəfli araşdırılmamış və yalnız müvafiq elektron sistemdən əldə edilmiş məlumata istinad edilmiş və inzibati xətanin həqiqətən da baş verdiyini sübut edən kifayət qədər əsaslar olmadığı halda inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və bununla da İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Şahid2, Şahid1 və Şahid3 izahatları alınmayıb və onlar Əmək Müfattəşliyi Xidmətinə dəvət edilməklə əmək funksiyalarına cəlb edilib-edilməmələri, iş yerinə gedibgetməmələri, getdiyi halda hansı tarixdə əmək fəaliyyətinə başlaması haqqında heç bir məlumat alınmamış və bu barədə həmin şəxslər dindirilməmiş və nəticə etibarı ilə həmin işçilərin əmək hüquqlarının pozulub-pozulmaması məsələsi aydınlaşdırılmadan sözügedən protokol tərtib edilmişdir. Halbuki həmin protokolları tərtib etməkdə səlahiyyətli orqanın əsas məqsədi işçilərin hüquqlarının pozulmasının qarşısını almaq, onların əmək müqaviləsi olmadan işlərə cəlb edilməsinin yolverilməzliyi barədə qanunvericiliyin tələblərini tətbiq etmək olsa da, bu hal həmin işçilərin özlərinin iştirakı olmadan və izahatları alınmadan həyata keçirilməsi sözügedən protokolun nəqədər əsassız və qərəzli olmasının, birtərəfli tərtib edilməsini göstərməklə bərabər sadəcə işəgötürən barəsində qanunsuz cərimə tətbiq etmək məqsədi güdmüş, Əmək Müfattəşliyi Xidmətinin əməkdaşlarının qanundan irəli gələn vəzifələrinə səthi və laqeyd yanaşmasının nəticəsi olmuşdur. İş icazəsinin alınması özlüyündə əmək müqaviləsinin bağlanmasını tələb edən və yalnız əmək müqaviləsi bağlanmış işçilərə münasibətdə verilməsinin müəyyən edən, dolayısı ilə əmək müqaviləsi olmayan işçiyə iş icazəsinin verilməsini qadağan edən hərhansı normativ hüquqi akt, qanunvericilik norması və s. tələb mövcud deyildir. Daha dəqiq deyilsə, iş icazəsinin alınması özlüyündə həmin işçi ilə əmək müqaviləsinin bağlanmasını tələb edən qanunvericilik normasının olmaması onu göstərir ki, həmin icazələrin alınmasına görə işəgötürən barəsində əmək müqaviləsinin bağlanmaması əsası ilə cərimə tətbiq edən protokolun tərtib edilməsi tam qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozitiv şərtindən də aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Şəxs tərəfindən Şahid2, Şahid1 və Şahid3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - 75.0.2. inzibati xəta törətmiş şəxs; - 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; - 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin əmək müfəttişi yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslanacaq sübutlar aşkar edilməmiş və tərtib olunmuş protokol mülahizə xarakterlidir. Belə olan halda da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar