Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-831/2023 04.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Şəxs idarə etdiyi “Ford Transit” yük markalı, ** MV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin M.Ə.Rəsulzadə prospektində üzü “Elit” ticarət Mərkəzi istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, baş vermiş hadisə zamanı idarəetdiyi “Ford Transit” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, 30 iyun 2022-ci il tarixdə saat 13 radələrində o, idarəetdiyi “Ford Transit” narkalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin M.Ə.Rəsulzadə küçəsində üzü Elit ticarət mərkəzinə doğru hərəkət edən zaman X1 qucağında uşağı ilə yolu keçməyə başladığını görmüş, həmin vaxt aralarında təxminən 2-3 metr məsafə olmuş, bu zaman Aysel Əhmədova yolu qaçaraq keçmək istəmiş və yolun ortasında irəli və önə doğru hərəkət etmiş, o, maneədən yayınmaq və Aysel Əhmədovanı və uşağı vurmamaq üçün avtomobilin əyləc sistemindən istifadə etmiş, bu zaman o, avtomobili sağa çəkmiş, lakin Aysel Əhmədova özünü avtomobilin sol güzgüsünə çırpmış və yerə yıxılmışdır. Bundan sonra o, avtomobili saxlamış və avtomobildən düşərək, Aysel Əhmədova və uşağa yaxınlaşmış, sonra onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmiş, orada Aysel Əhmədova və Gülay Əhmədzadəyə ilkin tibbi yardım edilmişdir. Bundan başqa o bildirmişdir ki, hadisə zamanı heç bir xəsarət almamış, idarəetdiyi avtomobildə heç bir nasazlıq olmamış, hadisə vaxtı idarəetdiyi avtomobildə tək olmuş, kənar şəxs olmamış, hadisə vaxtı və ondan əvvəl nə spirtli içki nə də ki, narkotik vasitə qəbul etməmiş, hadisə vaxtı o, 30-40 km saat surətlə hərəkət etmiş, hadisə zamanı o, avtomobili manevr edərək, maneədən yayınmış, bu zaman əyləcdən istifadə etmiş, lakin Aysel Əhmədova qucağında uşaqla avtomobilə tərəf gəlmiş və özünü avtomobil sol güzgüsünə çırpmış, həmçinin bildirmişdir ki, Aysel Əhmədovanın hadisə zamanı özünü itirməsindən və ya başqa səbəbdən avtomobilin sol güzgüsünə dəyməsi barədə bir söz deyə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmadığından cinayət işinin icraatına xitam verilib. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 1(032)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndiirlməsinə dair cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə yol nəqliyyat hadisələrinə dair 11 avqust 2022-ci il tarixli 8/1840 nömrəli rəydən görünür ki, Ford Transit markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 506 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər-sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 iyun 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi üçün nəzərdə tutulmuş müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-831/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-831/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver